Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri Qarabağı müzakirə EDƏCƏKLƏR

Azərbaycan, Ermənistan və Rusiyanın dini liderləri arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırlır. 

Bu barədə ermənilərin katolikosu II Qareqin bəyan edib. 
O xatırladıb ki, Moskva və Ümumrusiya  patriarxının Qafqaz müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə Qarabağ münaqişəsinin dinc yol ilə həll edilməsi üzrə artıq beş görüşü olub. 
İndi isə Moskva və Ümumrusiya patriarxı Kirillin vasitəçiliyi ilə bu qəbildən olan üçüncü görüş planlaşdırılır.
“Görüşün vaxtı hələ dəqiqləşdirilməyib. Hazırda tərəflər arasında görüşün tarixi və gündəminin müəyyənləşdirilməsi üzrə işlər aparılır”, - erməni katolikosu deyib. 






Fikirlər