Rotşildlər-Rokfellerlər ixtilafı, 1979-cu il rəngli İran inqilabı, QƏTƏR BÖHRANI..

bitmap-img6

Alyona Bajova

perevodika.ru, 28.06.2017

 

Fransanın yeni prezidenti Emmanuel Makronun Yaxın Şərqə nisbətdə elə ilk addımları ictimaiyyəti sarsıdıb.
Rotşildlərin əlaltısı təkcə Suriyada Əsədin devrilməsinə qarşı çıxış etməyib, həm də Liviyaya soxulmağa görə Sarkozini ittiham edib. Hətta Makron Trampın demokratiyanı zorla yeritmək siyasəti ideyasından imtina tezisini təkrar edib və Jak Şirakıın dönəmində Fransanın ABŞ-ın İraqdakı müharibəsinə qarşı çıxış etməyini misal gətirib.
Budur, Emmanuel Makron iyunun 21-də İtaliyanın “Corriere della sera” qəzetinə bunu deyib: “Fransanın artıq on ildir idxal etdiyi yeni mühafizəkarlıq forması mənimlə başa çatacaq. Demokratiya xalqın iştirakı olmadan xaricdən gətirilmir. Fransa İraq müharibəsinə qatılmayıb və haqlı idi. Lakin Liviya müharibəsində səhv buraxıb. Bu iki müdaxilənin nəticələri necədir? Ərazisində terrorçu qruplaşmaların intişar tapdığı dövlətlərin məhv edilməsi. Mən istəmirəm ki, bu, Suriyada təkrar olunsun”.
Lakin yeni başlayan prerzidentin bu səs-küylü bəyanatına aldanmağına dəyməz. Əslində, Əsədə sarı təzimin sırf iqtisadi astarı var. Bu, birinci növbədə, bununla bağlıdır ki, Fransanın Total energetika nəhəngi neft kəşfiyyatı və hasilatı haqda İranla mühüm saziş bağlamağa hazırlaşır. Bundan başqa, “Russia Insider”-in yazdığı kimi, burada həm də AB-nin Suriyanın ərazi bütövlüyünün Avropa sanksiyalarının zəiflədilməsi ilə əvəzlənməsi hiyləsi gizlənib. Bütün bunlar Makronun yeni bəyanatının seçkiqabağı kampaniyası zamanı dediklərindən niyə kəskin şəkildə fərqləndiyini daha çox izah edir. Makron hələ bu yaxınlarda Ollandın ardınca hətta BMT mandatı olmadan “kimyəvi potensialı neytrallaşdırmaqdan ötrü” Suriyaya hücuma hazır idi. Hətta İdlibdə aprel kimyəvi hücumundan Fransa ictimai rəyi güclü şəkildə Suriya münaqişəsinə hərbi müdaxiləyə hazırlanırdı.
Silahlı qüvvələrin gələcək naziri Silvi Qulard hələ bir ay öncə Suriya ərazisində fransız hərbi kontingentinin varlığını boynuna alıb. LCOP telekanalı iyunun 20-də “Suriyada müsadirə edilmiş inqilab” haqda reportaj göstərib, həm də “Əsəd həbsxanalarındakı krematoriyalardan” danışıb. Orada həmçinin Makronun məşhur “Əsəd və İŞİD – bir-birini tamamlayan iki vəhşilikdir” tezisi səslənib. Və Parisdə prioritetlərin bu cür kəskin şəkildə dəyişimi. İŞİD-in Amerikadan maliyyələşdirilməsini faş edəcəkləri ilə hədə gələn iranlılar yenə də burada müəyyən rol oynayıblar. Lakin həm Paris, həm də Berlin ABŞ-ın Kürdüstan yaradılması üzrə layihəsini dəstəkləyir və Fəratdan şərqə kürdlərin işğalını möhkəmləndirməkdən ötrü hərbi əməliyyatların tezliklə dayandırılıması üçün Əsədə qarşı ritorikadan imtinaya hazırdır. Buna görə də Əsədin tanınmasında əsas səbəbi Rotşildlər idarəçiliyinin səhnəarxasında aramaq və bunu Bilderberq klubunun iyunun əvvəlindəki toplantısından dərhal sonra qopmuş Qətər böhranı kontekstində nəzərdən keçirmək lazımdır. Toplantıya qatılmış general, Baş Qərargahın keçmiş rəisi və Suriyada xüsusi təyinatlıların komandiri Benua Pyuqa və müdafiə departamentinin yeni mühafizəkar strateqi Bruno Tertreys orada Makronun layihəsini təqdim ediblər. Lakin Bilderberqlərin qurultayı Yaxın Şərqin sonrakı bölgüsünə nisbətdə Amerika və Britaniya-Avropa elitalarının ixtilafı ilə başa çatıb. Bu ixtilaf, birinci növbədə, Köhnə Dünya müstəmləkələri uğrunda iki ənənəvi rəqib – arxasında şərti olaraq kollektiv “Rokfellerlər” və “Rotşildlər” klanlarının durduğu ABŞ və Böyük Britaniya arasındakı ziddiyyətlərlə bağlıdır. Tramp səudlara istinad edirsə, Britaniya-Avropa aristokratiyası yenə də İranın paralel dəstəyi ilə Qətər və “Müsəlman qardaşlar”a istinad edir.
Həm də burada İranın rəğbəti təkcə Fransa ilə gəlirli müqavilələrdən doğmur. Hər şey xeyli qəlizdir.
ABŞ veteranlaır hərəkatında istefada olan kəşfiyyatçılaırn xəbər verdiyi kimi, İranda 1979-cu il inqilabı daha məşhur Ərəb baharının “rəngli inqilabları” və yaxud Ukrayna Maydanı kimi MKİ və Mİ-6-nın xüsusi əməliyyatlar hücumu idi. Özü də İran şahının din vaizi Xomeyni ilə əvəzlənməsi üzrə qərar da Bilderberq klubunun iştirakı ilə qəbul olunub. İrana nisbətdə Ağ Evin yeni strategiyasına Zbiqnev Bjezinskinin nəzarəti ilə klubun üzvü Corc Boll başçılıq edib.
İran şahı Məhəmməd Rza Pəhləvi həmin dövrə doğru ölkədə keçirilən iqtisadi modernləşmə ilə bağlı ingilis-sakson müttəfiqlərinin dəstəyini itirmişdi. O, təkcə 90 milyon dollarlıq nüvə proqramı qəbul etməmiş və torpaq islahatına başlamamışdı, həm də neft hasilatını artırmağı qət etmiş və qaçaqmalçılıqla bağlı ciddi tədbirlər görmüşdü. Lakin Tehranın xüsusi əməliyyatının əsas hədəfi bundan ibarət idi ki, Sovet İttifaqının müsəlman bölgələrində Bjezinskinin “sabitsizlik qövsü” üzrə süni şəkildə törədilmiş hərc-mərclik yayılsın. Məhz buna görə “kürdlər, ermənilər, Livan maronitləri, Efiopiya koptları, Azərbaycan türkləri və s. kimi muxtar qrupların təşviqinə” bu cür isnad edilirdi, yəni Yaxın Şərqin qəbilə və dini əlamətlər üzrə balkanlaşdırılması siyasəti yürüdülürdü. “Müsəlman qardaşlar” elə o zaman İrana müttəfiq yazılıb ki, bu da bu gün Qətər böhranından sonra baş verir.
Bu qayda ilə tarix təkrar olunur. Yalnız Rusiyaya qarşı yeni planın təfərrüatları naməlum qalır, lakin ümumi cizgiləri dəyişilməyib və əvvəlki tək ingilis-sakson xüsusi xidmətlərinin yetişdirdiyi terrorizmin köməyi ilə ölkəmizi sabitsizləşdirmək məqsədi qoyulur. (Tərcümə Strateq.az)
AzerTaym.az






Fikirlər