İNTENSİV YAĞIŞ yağacaq, GÜCLÜ KÜLƏK əsəcək - XƏBƏRDARLIQ

SABAH HAVAnın

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti xəbərdarlıq yayıb.

 

Nazirlikdən "AzerTaym.az"-a  bildirilib ki, Bakıda və Abşeron yarımadasında    

Oktyabrın 11-də buludlu havaşəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 16-20, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. 

 Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava  şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 Nazirliyin yaydığı xəbərdarlığa görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.






Fikirlər