ADMİNİSTRASİYA MAHMUDOVUN HƏBSİNİ ANONS EDİR! - “Ayın 10-da yenə ifadə verəcək və onu HƏBS EDƏCƏKLƏR”

eldar mahmudov azpolitika info hebs

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı yeni siyasi qərarın verildiyi ilə bağlı şübhələr öz təsdiqini tapır. Belə ki, artıq bilavasitə Prezident Administrasiyasından idarə olunan saytlarda sabiq milli təhlükəsizlik nazirinin həbsi anons olunur. “AzPolitika.info”nun məlumatına görə, bu gün günorta saatlarından başlayaraq, PA-nın nəzarəti altındakı saytlarda Eldar Mahmudovun 2 gündən sonra həbs olunacağı barədə informasiyalar verilir.

Belə məzmunlu məlumatlarda bildirilir ki, noyabrın 10-da Eldar Mahmudov növbəti dəfə – artıq 3-cü dəfə ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılacaq. Burda onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

eldar

Eldar Mahmudovun həbs təhlükəsi həqiqətənmi çox ciddidir? Bu suala indi birmənalı cavab vermək çətindir. Şübhəsiz ki, sabiq nazirin həbsi istisna oluna bilməz – 2 ildən sonra gözlənilmədən istintaqa cəlb olunması onun üçün belə bir təhlükənin real olduğunu göstərir. Lakin müşahidələr belə deməyə əsas verir ki, hakimiyyətin məqsədi E.Mahmudovu həbs etmək yox, daha çox psixoloji təzyiqlə onu nəyəsə məcbur etməkdir. Bugünkü həbs anonsuna da bu kontekstdən yanaşmaq olar.

Görünür, E.Mahmudov həbs olunmamaq üçün üzərinə götürdüyü hansısa öhdəlikləri tam olaraq yerinə yetirmək istəmir. İlkin olaraq köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun həbsi ciddi nəticə vermədiyindən onun özünü artıq 2 dəfə istintaqa cəlb ediblər. Lakin belə “profilaktik tədbirlər” də ciddi nəticə verməyib – bu səbəbdən üçüncü “ziyarəti” və həbsi anons edirlər.

AzPolitika.info

 
 






Fikirlər