“Ərköyün” şahzadə MOSSAD agenti çıxdı - qalmaqallı qətlin ŞOK detalı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ərköyün” adlandırdığı Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zeyd 2010-cu ildə HƏMAS liderlərindən birinin öldürülməsi üçün MOSSAD-a informasiya ötürdüyü məlum olub.

Axar.az xəbər verir ki, “Yeni akit” qəzeti Zayedin ölümünü təşkil etdiyi şəxsin, sürgündə olan və 2010-cu ilin yanvarın 19-da Dubayda qaldığı hoteldə öldürülən Mahmud əl Mabnuh olduğunu yazıb.

Mabnuh damarına zəhər yeridilərək öldürülmüşdü. Hadisədən sonra Dubay polisi hətta təbii ölümlə bağlı bəyanat belə yaymışdı. Qətlin MOSSAD tərəfindən təşkil edildiyi bilinsə də, məlumatı kimin ötürdüyü məsələsi gizli qalmışdı.

Sürgündə olan fələstinlilərin o dövrdə Qətər kimi, Dubaya da rahat gedib-gəldikləri məlumdur. Bu səbəbdən BƏƏ-dən heç bir təhlükə gözləməyən fələstinli liderin ölümü üçün MOSSAD-ın məhz Dubayda hərəkətə keçəcəyi ehtimal edilməyib. İsraillə BƏƏ-nin yaxınlaşmadığı bir dövrdə qətlin arxasında BƏƏ hökumətinin özünün dayandığını görmək isə çox çətin olub.

2012-ci ilin 28 sentyabrında İsrailin baş naziri Benyamin Netanyahu ilə Abdullah bin Zayed arasında Nyu-Yorkda çox gizli bir görüş baş tutub. Netanyahunun həmin görüşdə Zayedə qətlin təşkilindəki köməyinə görə təşəkkür etdiyi bildirilib.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi