Sabah HAVA necə OLACAQ

Image result for bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir. 
Fevralın 22-də Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin bəzi yerlərdə arabir çiskinli olacağı gözlənilir.
Cənub-şərq küləyi əsəcək.
AzerTaym.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 






Fikirlər