Prezidentə ən çox şikayət olunan nazirliklər - Siyahı

Prezidentə ən çox şikayət olunan nazirliklər - Siyahı  Prezident Administrasiyasına vətəndaşların qəbulu ilə bağlı ən çox hansı dövlət qurumlarından şikayətlər olduğu açıqlanıb.

"AzerTaym.az" Axar.az-a istinadən xəbər verir ki, PA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAc-da dərc olunmuş məqaləsində bu siyahı yer alıb.

Məqalədə qeyd olunur ki, vətəndaşların qəbulunun təşkilində narahatlıq doğuran məsələlərdən biri də ayrı-ayrı hallarda yerlərdə qəbulun düzgün təşkil edilməməsi, qəbul cədvəllərinin bəzən formal xarakter daşıması, onların tərtibinə lazımınca fikir verilməməsidir. Halbuki qəbul cədvəllərinin düzgün tərtib edilməsi eyni zamanda qəbulun yaxşı keçirilməsinə zəmanət verir.

PA-nın qəbul cədvəllərini təhlili edərkən aydın olur ki, bəzi iş günlərində qəbul nəzərdə tutulmur: qəbul saatları ya göstərilmir, ya da son dərəcə qısa vaxtla məhdudlaşdırılır, əlaqə nömrələri qeyd edilmir və digər qüsurlara yol verilir.

Bu siyahıda Müdafiə Sənayesi, Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri başda yer alıb. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Hesablama Palatası, Ticarət və Sənaye Palatası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası göstərilib.

Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi, “Azərenerji” ASC, Qaradağ, Sabunçu, Füzuli, Göyçay, Kəpəz, Qəbələ, Neftçala, Tərtər və digər rayonların icra hakimiyyətlərinin qəbul cədvəllərində belə qüsurlar nəzərə çarpıb.






Fikirlər