KORRUPSİYA bütün ölkənin BƏLASIDIR– Putin

putin05

Rusiya prezidenti Vladimir Putin Dağıstanda regionun sosial iqtisadi inkişafı ilə bağlı iclas keçirərək, respublikanın icma nümayəndələri ilə görüşüb.Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Əlbəttə ki, korrupsiya ölkənin inkişafını ciddi şəkildə ləngidən faktorlardandır. Biz bunu bilirik. Bu təkcə Dağıstanın bəlası deyil. Bütün ölkə bunu bilir. Bu hallarla Rusiyanın şərq, qərb, şimal və cənub bölgələri də qarşılaşır. Bəli ölkədə belə bir problem var.”deyə Putin iclasda bildirib.

Qeyd edək ki, Putin Dağıstanda dövlət məmurlarına qarşı korrupsiya ilə bağlı geniş-miqyaslı istintaq fonunda, Mahaçqalaya səfər edib. 2018-ci ilin fevral ayında respublikanın bir sıra dövlət rəsmiləri həbs olunub.






Fikirlər