ZAKİR Həsənov ƏSGƏRLƏRLƏ RƏQS etdi, tonqaldan TULLANDI (FOTOLAR)
General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib. Bildirilib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib. Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.
Bu barədə "AzerTaym.az"-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.