​​​​​​​İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI, yeni cəbhədə MÜHARİBƏ...

​​​​​​​İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI, yeni cəbhədə MÜHARİBƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan Dağlıq Qarabağ separatçılarının liderinin ABŞ-a səfəri ilə əlaqədar bu ölkəyə nota verib. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. "Zeytun Budağı" hərəkatı çərçivəsində 3-cü mərhələ - Afrin şəhərinin mühasirəsi başlayıb. Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. ABŞ-ın dövlət katibi Reks Tillerson istefaya göndərilib. ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur. Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsi Rusiyaya yeni hücumlara gətirib çıxarıb. ABŞ Avropadakı daimi hərbi kontingentinin sayını artırmaq niyyətindədir.

Azərbaycan, Dağlıq Qarabağ

12-17 mart tarixlərində Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirib. Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir.

 

Ordumuz 25 min əsgərlə hərəkətə keçdi - İrəvanı qorxuya salan İKİNCİ APREL PLANI

 

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

"ABŞ-ın mövqeyi dəyişməyib. ABŞ digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla de-fakto Dağlıq Qarabağ rejimini tanımır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin səfir Robert Sekutanın XİN-ə çağrılması və ona etriaz notasının təqdim olunması ilə bağlı məlumatında bildirilib.

 

XİN-in notasına CAVAB: “ABŞ Dağlıq Qarabağ rejimini tanımır”

 

Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində 675 milyon dollarlıq silah alıb. Bu barədə informasiya Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun hesabatında yer alıb. Hesabata əsasən Azərbaycan silah idxalına görə dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551 milyon dollar silah alıb.

Ermənistana gəlincə isə o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub.

SİPRİ İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini bildirib. İki il ərzində Ermənistan 6 ədəd "Smerç" reaktiv atəş sistemi, 200 ədəd "Verba" daşına bilən zenit raket kompleksi və "Kornet 9M133" tank əleyhinə raket kompleksləri alıb.

Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub. 2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40 ədəd "Orbiter" pilotsuz uçan aparat, 215 ədəd "Spayk NLOS" tank əleyhinə raketini alıb. Rusiyadan 36 ədəd TOS-1A Solntsepek sistemi, 40 ədəd BTR-82A zirehli transportyoru, 800 ədəd "Xrizantema" tank əleyhinə raket kompleksi idxal edib.

Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb. Belə ki, Bakı Bratislavadan 18 ədəd 152 mm-lik özüyeriyən "Dana" haubitsaları, Praqadan isə 10 ədəd 122 mm-lik RM-70 reaktiv səyyar atəş sistemləri əldə edib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası aprelin 3-ü Ankarada keçiriləcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 14-də Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Əməkdaşlıq Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional məsələlərin həllində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olacaq.

Moskva Türkiyənin S-400 zenit-raket kompleksinin çatdırılmasının sürətləndirilməsi üzrə Ankaranın xahişlərinə müsbət reaksiya verib. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Moskvada keçirilən danışıqların nəticəsinə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılmasını hazırda mütəxəssislər müzakirə edirlər.

Türkiyə ilə ABŞ arasında Münbiç məsələsində razılıq əldə edilsə də, ABŞ-ın dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi razılığın reallaşmasını sual altına qoyub. Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu sözlərinə görə, martın 19-da “Yol xəritəsi” müəyyən olunmalı idi.

Qeyd edək ki, martın 13-də Reks Tillerson prezident Donald Tramp tərəfindən istefaya göndərilib.

Avropa Parlamenti Türkiyənin Afrin əməliyyatlarını dayandırması ilə bağlı qanun layihəsini Strasburqda müzakirəyə çıxaracaq. Bu barədə “Hürriyyət” qəzeti məlumat yayıb.

AP-nin qanun layihəsində Türkiyənin Suriyada apardığı əməliyyatların ABŞ-la münasibətlərinə zərbə vurduğu, tərəflər arasında gərginlik yaratdığı qeyd edilib.

"Suriyadakı ABŞ-ın hərbi bazaları niyə quruldu. Hər halda Rusiyaya görə deyil". Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Suriyada 20 hərbi baza quruldu. Niyə quruldu? İlk ağla gələn İran və Türkiyədir. Hər halda, Rusiya deyil. Bu, üçüncü dünya müharibəsi anlamına gəlir. Hər şeyə hazır olmalıyıq", - o bildirib.

“Bizim dərdimiz işğal deyil. Bizim dərdimiz terror koridorunu şərqindən qərbinə qədər terrorçulardan təmizləməkdir. Bizim bu bölgə ilə sərhədimiz var. Amerikanın varmı? Rusiya rejimlə birgə hərəkət edir. Koalisiya qüvvələri kiminlə hərəkət edir? Tillersona (ABŞ-ın keşmiş xarici işlər naziri – red.) özəlliklə məlumat verdim. Bu silahları buraya niyə gətirirsiniz? dedim. Heç bir səs yoxdur” – Ərdoğan bildirib.

“İncirlik Türkiyənin bazasıdır, bu, NATO-nun bazası deyil və amerikalıların orada olması türk xalqının iradəsindən asılıdır”. Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) tələbələriylə görüş zamanı Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

 

Çavuşoğlu Moskvadan ABŞ-ı hədələdi: “Güləni bizə verməsəniz…”

 

Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. 7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb.

İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin ilk birgə əməliyyatı olacaq.

 

Yeni müharibənin tarixi açıqlandı - 7 aylıq danışıqların DETALLARI

 

Şərqi Aralıq dənizində Türkiyə və Yunanıstan ilə Cənubi Kipr arasındakı gərginlik Egey dənizinə keçib. Şərqi Aralıq dənizində istədiyini əldə edə bilməyən Yunanıstan yeni və təhrikedici hücumu Egey dənizində etmək niyyətindədir.

Afina ötən həftə 6 mart-30 aprel tarixlərində Egey dənizində real sursatlarla hərbi təlimlər keçirəcəyini açıqladı. Yunanıstanın açıqlamasına görə, təlimlər üçün Çanaqqala boğazı, Çeşmə, Quşadası, Fethiye və Kaşın qarşısındakı bölgələr seçilib. Beləliklə, Türkiyə gəmilərinin beynəlxalq sulara çıxışı uzun müddət bağlanmış olacaq

 

Türkiyənin beynəlxalq sulara çıxışı bağlandı – Qardaş ölkə yeni cəbhədə MÜHARİBƏYƏ BAŞLAYIR

 

PKK-nın alt qrupu olan TAK qruplaşmasının (Kürdüstan Azadlıq Şahinləri) sui-qəsd dəstəsinin dəhşətli planı ortaya çıxıb.Prokurorluq və Təhlükəsizlik Təşkilatının əldə etdiyi məlumata görə, TAK-ın Mehmet Emin Töre, Gülşən Bahadır ve Zozan Kutumun rəhbərlik etdiyi bir qrup prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planlaşdırmışdı.

Məlumata görə, ələ keçirilən sui-qəsd qrupunun hədəfindəki adlar prezident Ərdoğanın oğlanları Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan, enerji və təbii qaynaqlar naziri olan kürəkəni Berat Albayrak, digər kürəkəni Səlçuk Bayraktar və “Turkuvaz Media” İdarə Heyətinin başçısı Sərhat Albayrak olub.

 

TAK qruplaşmasının Ərdoğanın ailəsinə qarşı dəhşətli SUİ-QƏSD planının ÜSTÜ AÇILDI - “SƏNƏD 5”-İN SİRRİ

 

Suriyanın paytaxtı Dəməşqin şəhərətrafında yerləşən Şərq Quta bölgəsində xlor tərkibli kimyəvi maddə “An-Nüsra” Cəbhəsi terror qruplaşmasının döyüşçüləri tərəfindən tətbiq edilib. Bu haqda BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.

Olun sözlərinə görə, terrorçular martın 5-də kimyəvi maddə tətbiq ediblər və nəticədə 30 dinc sakin zərər çəkib. Rusiyalı diplomat bildirib ki, bu, suveren Suriyaya qarşı birtərəfli güc tətbiqinə əsaslar yaratmaq üçün edilir.

 

Moskva ABŞ-ın dəhşətli planını AÇIQLADI

 

Martın 16-da Qazaxıstanın paytaxtı Astanada bir araya gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov, onun türkiyəli və iranlı həmkarları Mövlud Çavuşoğlu və Məhəmməd Zəriflə birgə ortaq hesabat yayımlayıb. Hesabatda Suriyada Astana müddəti çərçivəsində təşkil edilən “gərginliyi azaltma bölgələri” tətbiqinin davam edilməsinə qərar verilib.

Açıqlamada “üç ölkə dörd gərginliyi azaltma bölgəsi haqqında razılaşmanın tətbiqinə davam edilməsi qərarını verdi” ifadələri işlədilib.

Əlavə olaraq, Astanada keçirilən görüşlərin 9-cu raundunun may ayında keçirilməsinə qərar verilib.

Suriyada təşkil edilən dörd gərginliyi azaltma bölgəsi ilk mərhələdə altı aylıq müvəqqəti bir tədbir kimi nəzərdə tutulmuşdu. Bu bölgələrin sərhədləri boyunca təhülkəsizlik xətlərinin qurulacağı, buradakı nəzarət məntəqələrində kimlərin dayanacağına isə 3 ölkənin qərar verəcəyi bildirilirdi.

Britaniya, Almaniya və Fransa ABŞ Prezidenti Donald Trampa İranla imzalanan nüvə razılaşmasına kosmetik dəyişikliklər edilməsini təklif edib. Bu barədə informasiyanı “Axios” saytı yayıb.

Avropa ölkələrinin məhz hansı dəyişiklikləri təklif etdiyi açıqlanmayıb. Tramp Avropa liderlərinin bu təklifini qəbul etməyib və sənədə ciddi dəyişikliklər edilməsini istəyib.

Qeyd edək ki, Tramp nüvə razılaşmasına dəyişikliklər edilməyəcəyi təqdirdə ABŞ-ın bu müqavilədən çıxacağını bildirib.

Martın 12-də ABŞ prezidenti Donald Tramp İrana qarşı ballistik raketlərin hazırlanması, "beynəlxalq terrorçuluğa dəstək" və insan haqlarının pozulması ilə əlaqədar tətbiq etdiyi sanksiyaları daha bir il müddətinə uzatmaqla bağlı qərar qəbul edib. Mətndə qeyd olunur ki, söhbət İranın nüvə proqramı haqqında sazişin həyata keçirilməsindən sonra Tehranın üzərindən götürülən sanksiyalardan getmir.

İsrail ordusu ölkə miqyasında “böyük müharibəyə hazırlıq” çərçivəsində təlimlərə başlayıb. İsrailin müdafiə naziri Aviqdor Liberman keçən ay verdiyi açıqlamasında Livanın “Hizbullah” hərəkatı müharibəyə başlayarsa, İsrailin bütün gücündən istifadə edəcəyini və quru qüvvələrinin Livana girəcəyini bildirmişdi. O, bütün Beyrutun sığınacaqlarda olacağını söyləmişdi.

 

Böyük müharibəyə HAZIRLIQ BAŞLADI – Açıq şəkildə elan ETDİLƏR

 

İran Yaxın Şərqdə dünyaya dominatlıq edəcək imperiya qurmağa cəhd edir. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“İran aqressiv imperiya yaratmağa cəhd edir. Bu ölkə öz xalqını respressiyalara məruz qoyur və Yaxın Şərqi ələ keçirərək, dünyaya dominantlıq etmək istəyir. Qlobal terrorizmin sponsoru olan ölkə nüvə silahı hazırlamağa cəhd edir. Bunun qarşısını almaq lazımdır”, – deyə o bildirib.

“İran nüvə bombası hazırlayacağı halda, Səudiyyə Ərəbistanı ən qısa müddətdə bu silahı əldə edəcək”. Bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman CBS telekanalına müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı nüvə bombası yaratmaq istəmir, amma əlbəttə ki, əgər İran nüvə silahı hazırlayarsa, biz də bu silahı tezliklə əldə edəcəyik”, - o bildirib.

 

İranı açıq şəkildə TƏHDİD ETDİ: “Nüvə silahını hazırlasa...”

 

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ prezidenti Donald Tramp martın 13-də dövlət katibi Reks Tillersonu istefaya göndərib. Bu haqda Tramp Tvitter səhifəsində bildirib.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo yeni dövlət katibimiz olacaq. O, fantastik işlər görəcək. Reks Tillersona xidmətlərinə görə təşəkkür edirəm”, - Tramp yazıb.

Pompeonu isə MKİ postunda Cin Xaspel əvəz edib.

“Tillersonla İranın nüvə məsələsində anlaşa bilmirdik”. Bunu ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etməsi ilə bağlı qərarını şərh edəkən deyib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Maykl Pompeo dövlət katibi postunda Reks Tillersonu əvəz edəcək. Pompeonun sələfi Tillersonla müqayisədə daha çox siyasi təcrübəyə malikdir. MKİ-nin keçmiş direktoru xarici siyasət məsələlərində daha sərt mövqeyi ilə seçilir. Ekspertlərə görə, bu təyinat ABŞ-ın aparıcı idarələrində mühafizəkar qanadı gücləndirəcək.

Ekspertlərin yeni təyinatla bağlı heç də nikbin proqnozlar vermirlər.

 

“Çay partiyası” və prezidentə ÖLÜM HÖKMÜ – "Dərin dövlət"ə məğlubiyyət BAĞIŞLANMADI

 

ABŞ prezidenti Donald Tramp bütün dünyaya meydan oxuyan “müharibə sənədləri”nə paralel olaraq bir “müharibə kabineti” qurur. İsrail tərəfdarı olan Maykl Pompeonu Tillersonun əvəzinə dövlət katibi postuna gətirən Tramp neoconların “şahin”i adlandırılan Con Boltona milli təhlükəsizlik üzrə məsləhətçi vəzifəsi verəcək.

Nəşrin yazdığına görə, Dövlət Departamentinin rəhbərliyində edilən dəyişiklik sərt kursun qarşıdakı dövrə damğa vuracağanı göstərmiş oldu.

 

Vaşinqtonda “müharibə kabineti” qurulur – Trampın ŞOK PLANI

 

Rusiya ABŞ-ın və Qərb dünyasının yeganə müttəfiqi sayılır və özünü əsl rəqibləri olan İran, Türkiyə və Çindən qorumalıdır. Bu sözləri ABŞ Prezidenti Donald Trampın keçmiş siyasi və strateji müşaviri Stiven Bennon deyib.

“Soyuq müharibə” dövründə ruslarla döyüşmüşəm. Mən sualtı qayıqda zabit kimi çalışdım. Daha sonra Pentaqonda Rusiyanı silahsızlaşdırmasında iştirak etdim. Mən ruslarla tanışam və mən bilirəm ki, Rusiyanın iqtisadiyyatı İtaliyanın və Nyu York ştatının iqtisadiyyatından zəifdir. Rusiya bizə təhlükə yaratmır. Əksinə, o bizim yeganə müttəfiqimizdir”, - sabiq müşavir bildirib.

O bildirib ki, Kremlin əsas rəqibləri Pekində, Tehranda və Ankaradadır:

“Krımın işğal edilməsindən dolayı narahat olmağa dəyməz. Əsas diqqəti Böyük İpək yoluna, bu yolun birləşdirdiyi və keçmiş savaşlardan çıxan Çin, Türkiyə və İran kimi böyük dövlətlərə yönəltməliyik. Bu mədəniyyətlər bizim yəhudi-xristian kültürünə yaddır”.

“Amerika generalları özlərinin güclü strateji sualtı qayıqları haqqında lovğa-lovğa danışa bilərlər, amma zərbəni vurmağa heç vaxt cürət etməyəcəklər”. Bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Haytenin bəyanatını şərh edən hərbi ekspert Viktor Litovkin “Ulduz” telekanalına açıqlamasında deyib.

 

ABŞ Meksika və Kanada arasında kanala çevriləcək – Rusiyadan TƏHDİD

 

ABŞ-ın Dəməşqə endirəcəyi raket zərbəsi zamanı Rusiya hərbçilərinə təhdid yaransa, Rusiya ona lazım olan cavabı verəcək.Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.

“ABŞ Dəməşqdə hökumət nəzarətində olan obyektlərə Bəşər Əsədin öz rəqiblərinə qarşı kimyəvi silah tətbiq etməsini bəhanə gətirərək zərbə endirmək istəyir. Bizim hərbçilərimizin həyatına təhdid yaranacağı təqdirdə Rusiya ordusu bu raketlərə və onların daşıyıcılarına qarşı lazımi tədbirlər görəcək”, – deyə o bildirib.

“Rusiya Avropada Amerika güclərinin qarşılaşdığı əsas təhlükədir”.Bunu NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti “National Interest” nəşrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi stabilliyi pozmağa davam edir və İkinci Dünya müharibəsindən sonra Avropada sülhü təmin edən beynəlxalq hüququn normalarına məhəl qoymur.

General təsdiq edib ki, Amerika hərbçiləri Avropa dövlətlərinin Rusiyanın təcavüzündən müdafiəsi üzrə müxtəlif variantlar və hərbi əks-təsir ssenarilərinin hazırlanması ilə məşğul olur.

 

Rusiya ilə müharibə ssenariləri hazırlanır – Amerikalı general SİRRİ AÇDI

 

Böyük Britaniya Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnik Sergey Skripalın zəhərlənməsi işi üzrə Rusiyadan iki gün ərzində izahatları gözləyir. Bu haqda Britaniyanın baş naziri Tereza Mey Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı bildirib.

Tereza Mey rəsmi Moskvanı Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində əli olmaqda ittiham edib.

“Artıq aydındır ki, cənab Skripal və onun qızı Rusiyada istehsal edilən sinir iflicedici maddə ilə zəhərləniblər”, - baş nazir bildirib.

Xatırladaq ki, martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

 

Mey Rusiyaya ultimatum verdi: “İki gün ərzində…”

 

Böyük Britaniya Rusiyanın 23 diplomatını deportasiya edəcək. Bu haqda Britaniyanın baş naziri Tereza Mey bildirib. Qərar Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda naməlum maddəylə zəhərlənməsi ilə bağlıdır.

 






Fikirlər