“MÜAYİNƏ və müalicəsini tam BAŞA VURUB İsa QƏMBƏR ölkəyə DÖNDÜ

Xəstəxanasında müalicə olunan Müsavat partiyasının lideri İsa Qəmbər bu gün ölkəyə dönüb.

Strateq.az xəbər verir ki, bu barədə partiyanın hazırkı başqanı Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, İsa bəy müayinə və müalicəsini tam başa vurub: Türkiyə səhiyyəsinə, başqan Cəmil Ünal bəy başda olmaqla Azərbaycan Kültür Dərnəyinə, Azərbaycanda və Türkiyədə olan, bizə dəstək verən bütün dostlara təşəkkür edirik”.

Qeyd edək ki, bundan əvvəl İsa Qəmbər Bakıda Mərkəzi Klinik Xəstəxanasında ürək-damar sisteminin gücləndirilməsi ilə bağlı prosedurlardan keçib.

isa-qember-aeropor

 






Fikirlər