MƏHŞUR CÜTLÜK 28 il sonra BOŞANDI

Məşhur cütlük 28 il sonra boşandı

Qiyam”, “kurtlar vadisi Pusu”, “Karadayı”, “Mehmed: Bir Cihan Fatihi” seriallarının aktyoru Atsız Karadumanla 28 illik həyat yoldaşı, aktrisa Səma Karaduman boşanıb. 

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, boşanma ərizəsini məhkəməyə Səma Karaduman təqdim edib. Ərizədə uşaqlarının olmadığını və aralarındakı anlaşılmazlıq üzündən yola getmədiklərini yazan aktrisa qarşılıqlı razılaşma əsasında ayrılacaqlarını qeyd edib. Atsız Karadumanın adına olan avtomobil xanımına verilib. 

Cütlüyün birlikdə yaşadığı ev isə yarı bölünüb. Aktyorun Bodrumdakı evi isə aktrisaya verilib. Tərəflər bir-birindən hər hansı maddi-mənəvi təzminat tələbi etməyiblər.






Fikirlər