Ramil Usubov Abşerona yeni rəis göndərdi - Təyinat

Ramil Usubov Abşerona yeni rəis göndərdi - TəyinatDaxili İşlər naziri, general-polkovnik Ramil Usubov Abşeron Rayon Polis İdarəsinə yeni təyinatlarla bağlı əmr imzalayıb.

"AzerTaym.az" AzNews.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə dünən İdarənin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Bölməsinə rəis və baş inspektor təyin olunub.

Bundan sonra bölmənin rəisi vəzifəsini Səməd İsmayılov, baş inspektor vəzifəsini isə Şirvan Abbasov icra edəcək.






Fikirlər