“ERMƏNİ dostlarımız...” - KREML ERMƏNİSTAN hakimiyyətini “SATDI”

“Erməni dostlarımız...” - Kreml Ermənistan hakimiyyətini “SATDI”

“Kreml əvvəlki kimi Ermənistandakı vəziyyəti izləməyə davam edir və ümid edir ki, tərəflər yaxın vaxtlarda razılığa gələ biləcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Mənə əvvəl deyilmiş sözlərə heç nə əlavə etmək istəmirəm. Əvvəlki kimi hesab edirik ki, bu, Ermənistanın daxili işidir və ümid edirik ki, erməni dostlarımız vəziyyəti nizama sala, yaxın zamanlarda razılığa gələ biləcəklər. Biz vəziyyəti çox diqqətlə izləməyə davam edirik", - Peskov deyib.

Qeyd edək ki, bu gün kütləvi etiraz aksiyaları yenidən başlayıb. Buna səbəb Nikol Paşinyanın Ermənistanın baş nazir vəzifəsinin müvəqqəti icraçısı Karen Karapetyanla planlaşdırılan görüşünün ləğv edilməsi olub.

 

İrəvanın mərkəzi etirazçıların ƏLİNDƏ - Xalq qalib gəldi, baş nazir NİKOLDUR - CANLI YAYIM (YENİLƏNİR)

 

 






Fikirlər