O "MAŞIN"da QALDI...

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar müğənni Roza Zərgərlini sms səsverməsinə çıxarıblar.

"AzerTaym.az" Unikal.org-a istinadən xəbər verir ki, ifaçı verilişin əvvəlindən səs topladığı təqdirdə kimi çıxaracağını açıqlamasa da, şounun gedişatında aparıcı Fira Cəlilovanı uzaqlaşdıracağını bildirib.
Sonda R.Zərgərli 57,72 faiz səs yığaraq verilişdə qalıb. Lakin proqramın gedişatında səhvən meyxanaçı Ələkbər Quliyev əlini maşından götürdüyü üçün ifaçı şoudan başqa iştirakçını çıxartmayıb.
Hazırda şouda mübarizəni aparıcılar Mətanət Əliverdiyeva, Günel Hümmətova, Azər Axşam, Fira Cəlilova, İlhamə Bədəlova, aktyor-müğənni Cavid Novruz,blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, reper Qurd, Uran, aktrisa Pərvin Abıyeva davam etdirir.






Fikirlər