KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR, YANĞINLAR… – Təsadüf, yoxsa TƏXRİBAT?!

Son bir ayda ölkədə müəmmalı proseslər baş verir. Səbəbi dəqiq bilinməyən pambıq zəhərlənmələri, həmçinin Bakıda dalbadal baş verən yanğınlar haqda müzakirələrdə təxribat versiyalarına da rast gəlinir.

İlk baxışda bunlar bir təxəyyül məhsulu təsiri bağışlasa da, burada həqiqət payının axtarılmasını vacib hesab edən ciddi ekspertlər də çoxdur.

Məsələ ondadır ki, pambıq sahələrində zəhərlənmələr sanki bir tendensiya halını aldı. Hansı ki, əvvəlki illərdə də pambıq kollarını ziyanverici həşəratlardan qorumaq, məhsuldarlığı artırmaq üçün ona xüsusi dərman preparatları vurulub. Amma heç bir vaxt sahələrdə çalışanların bu cür kütləvi zəhərlənməsi halları baş verməyib. Bəs bu il niyə bunlar baş verdi? Diqqətçəkən məqam kütləvi zəhərlənmələrin kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparıldığı, bu sahəyə bacarıqlı və təmiz reputasiyalı bir gəncin nazir təyin olunması ilə  bir vaxtda baş verməsidir. Bu da təxribat, ya da sabotaj  versiyalarını daha inandırıcı edir.

dərnəgül bazarında ile ilgili görsel sonucu

Nəzərə alsaq ki, pambıqçılıq strateji sahə kimi hökumətin prioritetlərindən biridir, o zaman son baş verən olaylar təbii olaraq sabotaj təsiri də bağışlayır. Və sual yaranır; nədən ilk zəhərlənmə hadisəsindən sonra buna səbəb olan amillərin qarşısı alınmadı və digər rayonlarda, sahələrdə təkrarlanmaması üçün tədbirlər görülmədi? Əlbəttə, heç şübhəsiz ki, ilk hadisədən sonra müvafiq strukturlara bununla bağlı xüsusi göstərişlər verilib. Amma zəhərlənmələr davam etdi. Bununla da məlum hadisələrin təsadüfi olmadığı qənaətinə gələnlər də çox oldu.

Habelə, zəhərlənmə olayları ilə yanaşı, eyni vaxtda xüsusilə Bakı şəhərində sahibkarlıq subyektlərində dalbadal yanğınların baş verməsi də diqqəti çəkir.Düzdür, yay aylarında yanğınlar ötən illərdə də baş verib. Amma builki qədər kütləvi hal almayıb. Son 15 gündə Bakıda ən azı 5 yanğın hadisəsi baş verib. Bunların da çoxunda sahibkarlara böyük miqdarda ziyan dəyib. Sahibkarlığın inkişafı ilə bağlı ciddi islahatlar həyata keçirildiyi bir vaxtda iş adamlarının obyektlərində yanğınlar çıxması, onlarla biznesmenin təbii olaraq kompensasiya, ziyanın ödənilməsi məsələlərində narazılıqlarının yaranması da ölkəmizə, hakimiyyətə qarşı xain təxribat ola bilər.

Ä°lgili resim

Bu təxribatların müəlliflərinin isə xarici və onlara maşalıq edən ölkədaxili qüvvələr olması ehtimalının müzakirə hüququ var. Azərbaycanın bölgədə xüsusi bir yüksək mövqeyə çıxdığı, TANAP layihəsinin açılışı olan bir ərəfədə ölkəmizə qarşı bu cür təxribatların daha çox ölkə xaricində hazırlandığı, buradakı “narazıların” əli ilə dövriyyəyə soxulduğu ağlabatandır. Nəzərə alsaq ki, Azərbaycan xüsusilə mövqelərini gücləndirdiyi vaxtlarda daim şimaldan və cənubdan bu cür təhdidlərə məruz qalıb, onda son hadisələrdə təxribat versiyalarını əsassız saymaq olmaz. Habelə, Ermənistandakı qarışıqlıq dönəmində Azərbaycan üstün mövqeyə çıxıb, Günnüt kəndinin azad edilməsi də düşmənlərimizi, ölkəmizi sevməyən qüvvələri, eyni zamanda daxildəki xainləri hərəkətə gətirə bilər. Bu baxımdan güc və təhlükəsizlik strukturları ilə yanaşı, vətəndaşların da son dərəcə ayıq-sayıq olması gərəkdir (musavat.com).






Fikirlər