Xanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTO

Xanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTO

Xəbər verdiyimiz kimi, dünən futbol üzrə Dünya Çempionatının final mərhələsində Fransa və Xorvatiya yığmaları qarşı-qarşıya gəlib.

AzerTaym.az publika.az-a istinadən xəbər verir ki, möhtəşəm finalı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç, Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino tribunada birgə izləyiblər. Tribunadan oyunu izləyənlər arasında Fransa prezidenti Makronun xanımı Bricit Macron da olub.

Fransanın 4-2 üstünlüyü ilə bitən matçda qollar vurularkən, prezidentlər "Fair Play" nümayiş etdirərək bir-birilərini təbrik ediblər. Finala iki ölkə prezidentinin səmimi görüntüləri damğa vurub.

Final matçından sonra mükafatlandırma mərasimi zamanı yağış maraqlı görüntülərə səbəb olub. Mühafizəçiləri Rusiya prezidenti Vladimir Putini yağışdan qoruyarkən, FİFA-nın prezidenti Canni İnfantino, Fransa prezident Makron, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç yağışdan qaçmayıb. Makronla Kolinda bir-birinə qucaqlaşaraq sevinclərini paylaşıblar.

Xorvatiya prezidentinin futbol millisinin baş məşqçisi Zlatko Dalici təsəlli etməsi anları da xüsusilə maraq kəsb edib. Son günlərdə dünya mətbuatının diqqət mərkəzində olan Kolinda Qrabar-Kitaroviç daha sonra turnirin ən yaxşı oyunçusu seçilən Luka Modriçi bağrına basaraq səmimi şəkildə təbrik edib.
Xanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTOXanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTOXanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTOXanım və kişi prezidentin tribunada SƏMİMİ GÖRÜNTÜLƏRİ: Putinin gözü qarşısında... - FOTO






Fikirlər