"AST Telman Abbasa sponsorluq etdi, ad aldı" - Elit star Cəmiləyə əməkdar artistdən cavab - VİDEO

"AST Telman Abbasa sponsorluq etdi, ad aldı" - Elit star Cəmiləyə əməkdar artistdən cavab - VİDEO

Sosial şəbəkələrdə Elit star Cəmilənin qalmaqallı müsahibəsinin videosu yayılıb.

Sonxeber.az Big.az-a istinadən xəbər verir ki, ifaçı əməkdar artist Abbas Bağırovla bağlı şok açıqlama verib:

"İş adamı Telman İsmayılov Abbas Bağırova sponsorluq etdi, mahnı aldı. İndi də ad alıb. Əvvəl Abbas restoranda Kamran Həsənlinin əlinin altında sifariş mahnı oxuyan olub".

Elit star Cəmilənin bu fikirləri ilə bağlı Big.az olaraq, əməkdar Abbas Bağırovla əlaqə saxladıq. Əməkdar artist bununla bağlı açıqlama vermək istəmədiyini bildirdi:

"Hazırda istirahət edirəm, belə mövzular məni maraqlandırmır. Mən bu barədə heç nə danışmayacam, heç bir şey soruşmayın. "

 






Fikirlər