İlham Əliyev sərəncam verdi

İlham Əliyev sərəncam verdi

Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi və strukturu təsdiq edilir.

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi 55 ştat vahidi müəyyən edilir.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eləcə də Xidmət dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni bir ay müddətində təmin etməlidir.

Müəyyən edilməlidir ki, Xidmətin İdarə Heyətinin üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl aşağıdakı əsaslarla xitam verilə bilər:
öz arzusu ilə;

Xidmət ləğv edildikdə və ya yenidən təşkil edildikdə;

qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, icra orqanlarına, digər publik hüquqi şəxslərə və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, habelə hakim təyin edildikləri halda həmin vəzifələrdən imtina etmədikdə;

qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədikdə;

məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;

Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

vəfat etdikdə, habelə məhkəmə onu xəbərsiz itkin düşmüş hesab etdikdə və ya ölmüş elan etdikdə;

özünün vəzifə funksiyalarını və ya vəzifə üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud surətdə pozduqda.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

 






Fikirlər

Şərh müəllifi: zzzz                 Tarix: 21 iyul 2018 12:59                 [ Cavabla ]
The best luxury time in the world Replica watches time! If you want these luxury watches, would you like these watches? This happened but stopped at? Because their expensive price replica rolex explorer ii watches, Luxury breitling watches your steps, this is the most correct place for you. First of all, we should confirm this

                        

Şərh müəllifi: Altonfap                 Tarix: 19 sentyabr 2018 16:56                 [ Cavabla ]

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi