XORVATİYANIN baş məşqçisindən XANIM PREZİDENTİ ŞOK SÖZLƏR

Xorvatiyanın baş məşqçisindən xanım prezidentə şok sözlər

Rusiyada keçirilən dünya çempionatında finala çıxaraq özündən söz etdirən Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç ölkə siyasətçilərinə məktub yazıb.

Çalışdırıcı ad çəkmədən mundialdakı bütün oyunlarını izləyən, dünya çempionatı boyunca sosial medianın əsas müzakirə mövzularından birinə çevirilən Xorvatiyanın xanım prezidenti Kolinda Qraber Kitaroviçi hədəfə alıb.

"Bütün siyasətçilərə səslənirəm, üzərimizdən mükafat oyunu oynamayın. Xalqımızı səfalət və ümidsizlik cəhənnəminə itələyən sizlərsiniz" Zlatko Daliç prezidenti tənqid edib.

Baş məşqçi məktubunda yığmaya ayrılan bütün mükafatları bağışlayacaqlarını bildirib: "Alacağımız 23 milyon avro mükafatı uşaq qurumlarına bağışlayacağıq. Avropa Birliyinin ən kasıb ölkəsiyik. Pis və daha əvvəl mütəşəkkil cinayətkarlığa qarışmış insanlar bizi idarə edir. Xalqımızın əksəriyyəti gündəlik ehtiyaclarını ödəyə bilmir. Səhiyyə sistemi çöküb, məhkəmələr çirkli pulları yumaqla və saxtakarlıqları təmizlməklə məşğuldu. Minlərlə km sahilimiz olsa da, heç vaxt dəniz görməmiş uşaqlarımız var".

qaynarinfo






Fikirlər

Şərh müəllifi: Altonfap                 Tarix: 19 sentyabr 2018 17:36                 [ Cavabla ]

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi