Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən TƏPGİLƏR GƏLİR...

Donald Trampın Türkiyəyə qarşı açdığı sanksiya savaşı dünya gündəminin əsas məsələlərindən sayılır. Qeyd edək ki, Rusiyaya yönəlik sanksiyalarla bağlı olaraq az qala ABŞ-la həmrəylik göstərən dünya siyasətçilərinin bir çoxu bu dəfə Türkiyə ilə həmrəylik nümayiş etdirirlər.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, İtaliya xarici işlər naziri Enzo Moravero ölkənin “İl Foglio” qəzetinə verdiyi müsahibədə Türkiyənin Aralıq dənizi bölgəsində maliyyə tarazlığının təmin edilməsində önəmli dövlət olduğunu vurğulayaraq, bu böhranın hamı üçün olduqca pis xəbər olduğunu söyləyib. O, belə bir anda Türkiyəyə yaxınlıq göstərilməsinin hər kəsin üzərinə düşən bir vəzifə olduğunu bildirib.

Dünya'dan Trump'a tepki yağıyor!

Enzo Moavero

İtaliya baş nazirlik ofisinin rəhbəri Cankarlo Corcetti isə hətta ölkəsinin də Türkiyə kimi iqtisadi hücuma məruz qala biləcəyini deyib.

Almaniyanın iqtisadiyyat və enerji naziri Piter Altmayer “Bild am Sonntag” qəzetinə verdiyi müsahibədə bu ilin oktyabr ayında böyük bir heyətlə Türkiyəni ziyarət edəcəklərindən xəbər verib.

Türkiyəni istiqrarlı və demokratik bir ölkə olaraq görmək istədiklərini bildirən nazir ölkədə fəaliyyət göstərən 7 mindən çox alman şirkətinin üzləşəcəyi problemlərlə yaxından maraqlandıqlarını qeyd edib.

Dünya'dan Trump'a tepki yağıyor!

Piter Altmayer

Altmayer Donald Trampın Çin və Türkiyəyə yönəlik rüsüm artımı haqqında qərarının dünya iqtsadiyyatına zərər verə biləcəyni vurğulayıb.

“Bu ticarət müharibəsi iqtisadi böyüməni ləngidir və gələcəklə bağlı inamsızlıq gətirir. Keçmiş zamanlar da göstərib ki, ticarət müharibələrində əzziyəti ən çox qiymətlərin bahalaşmasından dolayı istehlakçılar çəkir”, - P.Altmayer bildirib.

İsveçin keçmiş baş naziri Karl Bild “twitter”dən verdiyi açıqlama ilə Donald Trampı tənqid edib.

Dünya'dan Trump'a tepki yağıyor!

Karl Bildt

Bild “Ağır bir maliyyə böhranı ilə üzləşən müttəfiqinə qarşı baza rüsumları ikiqata çıxarmaq insafsızlıqdır. Münasibətlərdəki bütün çətinliklərə rəğmən Türkiyənin üzünü başqa yönlərə çevirməsi Avropa Birliyinin stratejik maraqlarına cavab vermir”, deyə yazıb.

İran xarici işlər naziri Cavad Zərif Trampın NATO üzvü sayılan Türkiyə iqtisadiyyatı ilə bağlı açıqlamalarını “utancverici” deyə qiymətləndirib.

Dünya'dan Trump'a tepki yağıyor!

Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Qasımi isə “Başqa millətlərin iradələrini təhdid yolu ilə zorla dəyişdirmək olmaz. Bir ölkə başçısının başqa bir ölkəyə iqtisadi sanksiyadan zövq almasından təəssüf hissi keçiririk”, - deyə danışıb.

Qasımı belə bir anda İranın hər zaman Türkiyə və onun xalqını yanında olacağı mesajını veirb.

Картинки по запросу baharam qasımi

Bəhram Qasımi

Türkiyənin və Azərbaycanın yaxın müttəfiqi Pakistan da Ankaranın yanında olduğunu bəyan edib. Hökumətdən verilən açıqlamada Türkiyənin qlobal iqtisadiyyatın mühərriki və əhəmiyyətli üzvü olduğu vurğulanaraq Pakistanın hər zaman olduğu kimi tam dəstək verəcəyi ifadə edilib.

 






Fikirlər