RUSİYALI MÜĞƏNNİi "Ağ çiçəyim" OXUDU - VİDEO
Rusiyalı məşhur müğənni Lyubov Uspenskaya sosial şəbəkədə Bakı ilə bağlı videolar paylaşmağa davam edir. İfaçı bu dəfə də iyulda qatıldığı "Jara" beynəlxalq musiqi festivalından görüntüsünü izləyiciləri ilə bölüşüb. Videoda Uspenskayanın "Ağ çiçəyim" mahnısını Azərbaycan dilində səsləndirməsi əks olunub. O, paylaşımına "Unudulmaz "Jara", geri qayıtmaq istəyirəm" sözlərini yazıb. axsam.az