"Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb" - Rəhim Qazıyevdən AĞIR İTTİHAM

Sabiq nazir: "Nə üçün həqiqətlərdən qaçırsan"?

 

"Bəli, 2003-cü ildə Müsavat rəhbərliyi 3 milyon dollar pulu aradan çıxarıb. O pullar xalqın canı, qanı hesabına əldə edilmişdi. Haram pullar olduğu üçün heç bilinmədi ki, hara xərclənib"

AzNews.az xəbər verir ki, bu sözləri Demokrat.az saytına verdiyi açıqlamada keçmiş Müdafiə naziri Rəhim Qazıyev deyib. O, 2003-cü ilin oktyabrında keçirilən prezident seçkiləri kampaniyası zamanı müxalifətin namizədi İsa Qəmbərin maliyyələşməsindəki qaranlıq məqamlara toxunub.

Rəhim Qazıyev Müsavat Partiyasının başqanı Arif Hacılı ilə Ümid Partiyasının sədri İqbal Ağazadə arasında baş tutan debat zamanı bir-birini təhqir etməsinə də münasibət bildirib:

"Dozanqurdu kimi öz içlərinə yığılıb elə bilirlər ki, çoxlu pullu olmaq xoşbəxtçilikdir. Mən onlara deməyə artıq söz də tapa bilmirəm. İndi də İqbal Ağazadəni "satqın" adlandırırlar. "Satqın" deyən adam ortaya bir fakt qoyar. İqbal Ağazadə onlardan on dəfə daha savadlıdır, vətənpərvərdir. Bunlar üçün ağıllı adamlar ən təhlükəli adamlar sayılır. Ona görə də hərəyə bir ləkə vurmaqla məşğuldurlar. Mən Arif Hacılının bu cür hərəkətinə də çox təəssüf edirəm. Partiya sədridir, amma debatdan qaçır. Axı orada səni təhqir edən yox idi, nə üçün həqiqətlərdən qaçırsan?"AzNews.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi