BU DA DÖVLƏT MƏMURUNUN MİLYONLUQ AVTOPARKI – BANKI da varmış + Fotolar

1540182217-qqqq

Maliyyə Bazarlarına Nəzarət Palatasınin keçmiş rəhbəri Rüfət Aslanlı on avtomobildən artıq maşının olduğu şəxsi avtoparka malikdir. 

Virtualaz.org araşdırıb ki, R.Aslanlının qohumlarının, öz şirkətləri və nəzarəti altında olan müəssisələrin adına yazdırdığı avtomobillərin dəyəri milyonlarla manatla ölçülür.

Bir neçə gün əvvəl virtualaz.org Rüfət Aslanlının göy sportkar-da işə necə getdiyinin əks olunduğu video yaymışdı. Dəqiqləşdirmişik ki, 2015-ci il-də istehsal edilmiş və qiyməti 150 min dollar olan həmin göy Porshe Boxter (10 SN 003) 1967-ci il təvəllüdlü Yeganə Aslanovanın adına yazılıb. Videoda görünən və 2010-cu il istehsalı olan Land Rover Discovery (99 AA 035) müşayiət maşını isə Rüfət Aslanlıya məxsus “Tədarük” MMC-nin adına sənədləşdirilib.
Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)
Bu şirkətin adına Rüfət Aslanlının daha iki avtomobili yazılıb: 2007-ci il buraxılışı olan qara Toyota Camry (90 AA 035) və 2015-ci ildə istehsal edilmiş qara Mercedes Benz S500 (10 AA 035).

 Araşdırma zamanı virtualaz.org daha bir maraqlı detalı müəyyən edə bilib. Rüfət Aslanlı şəxsi avtoparkının bir hissəsini nəzarəti altında olan müəssisələrin adına yazdırıb.Məsələn, Rüfət Aslanlının şəxsi avtoparkından Toyota Prado (10 PP 343) və Range Rover Vogue (90 AA 343) “Bakı fond birjası” Qapalı Səhmdar Cəmiyyətinin adına sənədləşdirilib. Daha iki şəxsi avtomobili – qara GMC Yukon Denali (10 AB 343) və ağ KIA Cerato-nu (10 AH 343) Rüfət Aslanlı nəzarəti altında olan Milli Depozit Mərkəzinə “təhkim edib”.

Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)
BMW LI (10 AA 343) və Mercedes S 500 (90 AA 343) avtomobillərinin sənədləri isə Maliyyə Bazarlarına Nəzarət Palatasının və sabiq-məmura malik “Ş.İnşaat”-ın adına tərtib olunub.

Rüfət Aslanlıya məxsus daha bir Range Rover (10 YY 035) avtomobili Bank Avrasiya Açıq Səhmdar Cəmiyyətinin bazasında tapılıb. Məlum olduğu kimi, bu bankın sahibi şəxsən Rüfət Aslanlıdır. Məmur bankın idarə olunmasını doğma qardaşı Fuad Aslanova həvalə edib.

Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)
Bu fakt xüsusi maraq doğurur, çünki açıq mənafe konflikti göz qabağındadır. Məsələ ondadır ki, banka sahib olarkən, Rüfət Aslanlı elə bir struktura başçılıq edirdi ki, onun vəzifəsi maliyyə sahəsində münasibətləri nizama salmaq və həmçinin, banklar üçün bərabər rəqabət şəraiti təmin etmək idi.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi