“SOFİYA"nın Azərbaycana gətirilməsinə NƏ QƏDƏR XƏRCLƏNİB?!

“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib?

“Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub”.

AzerTaym.az Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə “ASAN-xidmət” modelinin təbliği ilə məşğul olsun”.

E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində “ASAN-xidmət”in qonağıdır.






Fikirlər