Zamira Hacıyeva pulları sovurmaqda davam edir: - Bahalı geyimlər, 10 min funtluq İT...

 

Gödəkçəsinin markasını müəyyən etmək mümkün olmayıb.

Britaniyanın "Daily Mail" saytı Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın yeni fotolarını yayıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bütün dünyaya bədxərcliyi ilə səs salan Hacıyeva Londonun Naytbric rayonunda yerləşən təmtəraqlı evindən gəzintiyə çıxarkən görüntülənib.

Müxbirlər iti ilə gəzən Zamirə Hacıyevanı yalnız görüntüləməyə deyil, həmçinin geyimi və aksessuarlarının dəyərini də hesablamağa müvəffəq olublar.

Onun əynindəki idman geyiminin 8,5 min funt sterlinq, itinin 10 min funt sterlinq dəyərində olduğu müəyyənləşib. Dələduzluqda ittiham olunan keçmiş bankir arvadının "Gucci Ace" brendindən olan ayaqqabıları 625 avro, "Guccu" idman şalvarı 530 funt sterlinq, "Miu Miu" günəş eynəyi 290 funt sterlinqdir.

Hacıyevanın üzərindəki ən bahalı aksessuar isə "Hermes" brendinin 6,5 min funt sterlinq qiymətindəki çantası olub.

Lakin onun gödəkçəsinin markasını müəyyən etmək mümkün olmayıb. Amma gödəkçənin təxminən 800 funt sterlinq məbləğində olduğu bildirilir.

Xatırladaq ki, Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva bankirin həbsindən 1 il öncə ölkədən gedib. İstintaqda olan məlumata görə, Z.Hacıyeva Londona qaçıb.

O, 15 noyabr 2014-cü ildə Bakını tərk edib və bu günə qədər də geri qayıtmayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan olunub.

Zamirə Hacıyeva mütəşəkkil cinayətkar dəstənin üzvü olmaqda, korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə, ümumilikdə 18 milyon manat pul çıxarmaqda ittiham olunub. (open.az)

image descriptionimage description

 

 

 

 

 






Fikirlər