Talanan vəsait Bakıya QAYTARILMALIDIR - VİDEO

“Vaxtilə Azərbaycanın vəsaitlərini talayan adamlar var. Bu barədə mətbuat yazır. Yazılır ki, Cahangir Hacıyev milyardlarla manat vəsaiti dağıdıb, Londonda həyat yoldaşına zadəgan həyat qurub”. Modern.az xəbər verir ki, bu sözləri “Real TV”yə müsahibəsində millət vəkili Fəzail Ağamalı bildirib.

 Fəzail Ağamalı bildirib ki, Azərbaycan müharibə şəraitində olan ölkədir: “Biz şəhid verən xalqıq. Əgər Cahangir Hacıyev bunları alın təri ilə qazansaydı, heç kim heç nə deyə bilməzdi. Hacıyevlər ailəsinin taladlğı vəsait Azərbaycana qaytarılmalı, şəhid ailələrinə, pensiyaçılara verilməlidir”.

VIDEO






Fikirlər