Trampdan Qaşıqçı AÇIQLAMASI - “Səs yazısını DİNLƏMƏK İSTƏMİRƏM”

Trampdan Qaşıqçı açıqlaması

ABŞ prezidenti Donald Tramp ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə dair səs yazısının əllərində olduğunu bildirib.

 “Habertürk” xəbər verir ki, Tramp səs yazısını dinləmək istəmədiyini də söyləyib:

“Qaşıqçının acı çəkdiyini dinləmək istəmirəm. Buna ehtiyac yoxdur. Dinləmədən də həmin səs yazısında nə olduğunu bilirəm. Çox vəhşi, çox kirli və iyrəncdir”.

Qeyd edək ki, ABŞ prezidenti öncəki açıqlamasında cinayətin yekun hesabatının yaxın günlərdə Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən açıqlanacağını bildirmişdi.






Fikirlər