Tamamilə DAYANDI: İrana ŞOK

Tamamilə dayandı: İrana ŞOK

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarla əlaqədar İranın bu ölkəyə xalça ixracı tamamilə dayandı.

Publika.az İSNA agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Əl Toxuma Xalça Kooperativ Dərnəyinin başçısı Abdullahi Behrami bildirib.

“Xalça ixracatının 35 faizini ABŞ-a həyata keçirirdik. Sanksiyalar səbəbiylə 6 noyabr tarixindən sonra bu ölkəyə xalça ixrac edə bilmədik”, - o deyib.

ABŞ bazarını itirdiklərini deyən dərnək rəhbəri Rusiya, Çin və Cənubi Afrika bazarları ilə bu itkini doldurmağa çalışacaqlarını söyləyib.

İran Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatlarına görə, 2 milyon 500 min adamın çalışdığı bu sektorda ildə 400 ton əl xalçası toxunur və bunun 80 faizi dünyanın müxtəlif ölkələrinə ixrac edilir. ABŞ-a isə təxminən 120 milyon dollarlıq malın ixrac edildiyi bildirilir.






Fikirlər