Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI, Paşinyan QARABAĞDA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI, Paşinyan QARABAĞDA... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında görüş keçirilib. Ermənistanda parlament seçkiləri keçirilib. Ermənistanda seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbətinin detallarını açıqlayıb. Nikol Paşinyan hakimiyyəti ilə Azərbaycanın işğal edilmiş torpaqlarındakı qondarma rejim arasında qarşıdurma güclənir. “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materiallar dərc edib. Türkiyə ordusu yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacaq.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovla görüşüb. Dövlət başçısı V.Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.

 

Nazir: Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək

 

"Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər".Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.

Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı yeni bir addım atmayacağını açıqlayıb.

“Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyə ilə Ermənistanın münasibətlərinə də təsir edir. Əvvəl də açıqlamışdım. Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazırıq. Ümid edirəm Türkiyə də buna hazırdır”, - deyə Paşinyan bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı əsas mövzulardan biridir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan üçün əsas mövzudur, Rusiya isə danışıqlar prosesinin vasitəçilərindən biridir.

M.Zaxarova, həmçinin tərəflər arasında fəal dialoqun olduğunu təsdiq edib:

“Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik”.

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbətinin detallarını açıqlayıb. Lukaşenko Sarkisyanla Qarabağ müzakirəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclaslarının birində baş tutduğunu bildirib.

 

Lukaşenko qapalı Qarabağ danışıqlarının ŞOK SİRRİNİ AÇDI: “Biz qoşunlarımızı...”

 

Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT-in Minsk qrupunu tənqid edib. Lukaşenko Minskdə jurnalistlərə açıqlamasında Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üçün heç bir iş görmədiyini deyib.

“Minsk qrupu son illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir iş görməyib”, - deyə o bildirib.

“Minsk qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, “Gəlin problemi həll edək” deməsələr, vasitəçilər heç nə etməyəcəklər”, - deyə Lukaşenko qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər Ermənistanda qorxu yaradıb.

 

Əliyevin bu sözləri Ermənistanı SİLKƏLƏDİ: Moskva və Bakı Qarabağla bağlı RAZILAŞDI?

 

İrəvan və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejim arasında ziddiyyətlər getdikcə dərinləşir. Nikol Paşinyanın parlament seçkilərdindən sonra separatçı rejimdə həyata keçirməsi gözlənilən dəyişikliklər artıq rəsmiləşir.

 

 

Paşinyan Qarabağda HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI

 

Ermənistan

Nikol Paşinyanın “Mənim addımım” bloku növbədənkənar parlament seçkilərində 70,43 faiz səslə qalib gəlib.

 

İnqilabçılar Ermənistan parlamentini tutdu: QARABAĞ KLANI...

 

Rusiya Avrasiya İqtisadi Birliyi (AİB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Ermənistanla konstruktiv dialoqa sadiqdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.

Zaxarova sözügedən birliklər daxilində Ermənistanın yeni hökuməti ilə konstrukiv müzakirələrin davam edəcəyini bildirib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə ordusu yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacaq. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz heç vaxt ABŞ-a və onun hərbçilərinə qarşı olmamışıq. ABŞ həmişə bizim üçün strateji partnyordur. Hədəfimiz əsla Amerika əsgərləri deyil, bölgədə fəaliyyət göstərən terror təşkilatlarıdır. Suriya üzrə bizim fikir ayrılıqlarımız bizim münasibətlərimizin inkişafına mane olmamalıdır”, - Ərdoğan Ankarada çıxış zamanı deyib.

O dəqiqləşdirib ki, Türkiyə nəzərdə tutulan əməliyyat haqqında Birləşmiş Ştatlara məlumat verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada Fərat çayının şərqində hərbi əməliyyat təşkil ediləcəyi ilə bağlı açıqlamasına ABŞ Müdafiə Nazirliyi (Pentaqon) cavab verib. Pentaqon Suriyanın şimal-şərqində, xüsusilə, ABŞ əsgərlərinin yerləşdiyi bölgələrdə hər hansı təktərəfli addımın qəbuledilməz olduğunu bildirib.

 

Ən qorxunc variant REALLAŞIR: ABŞ Türkiyə ilə müharibəyə "HƏ" DEDİ

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın bir neçə gün ərzində Suriyada Fərat çayının şərqində terror təşkilatlarına qarşı əməliyyata başlayacağı barədə bəyanatı ilə regionda hərəkətlilik artıb. Suriya ilə sərhədə hərbi texnika və xüsusi təyinatlı dəstələr göndərən Türkiyə Suriyadakı müttəfiqlərini də əməliyyata hazırlayır.

 

Türkiyənin düşməni darmadağın edəcək ƏMƏLİYYAT PLANI AÇIQLANDI: Amerika əsgərləri...

 

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın şimalında 550 kilometrlik sərhəd xəttini işğal edən PKK terror təşkilatına qarşı hərəkat üçün dəqiqələri saymağa başlayıb. Hərəkatda prioritet məsələ Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb şəhərlərinin işğaldan azad edilməsi olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri qəfil vuruşlarla yox ediləcək.

 

Gözlənilən gün GƏLİB ÇATDI - Ordu 550 km sərhəd xəttində düşməni DARMADAĞIN etməyə gedir

 

Suriya Milli Ordusu Türkiyənin Suriyada Fərat çayının şərqinə həyata keçirəcəyi hərəkata 15 min döyüşçü ilə dəstək verməyə hazır olduğunu açıqlayıb. Bu haqda Türkiyənin dəstəyi ilə qurulan müxalif Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud bildirib.

Əməliyyatın Türkiyə və Suriya torpaqlarından eyni anda başlayacağını ifadə edən Hamud əsas cəbhələrin Münbiç, Tel Abyad ve Rəsulayn olacağını deyib.

“Sərhədlərimiz üçün təhdid yaradan İraqın Sincar və Karacak Dağı bölgəsində dünən axşam saatlarında əməliyyatlar keçirdik. Oradan bizə təhdid gələrsə, cavabı da dərhal veriləcəkdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının hüquq konfransında çıxışında deyib.

Suriyada Fəratın şərqinə də sülh gətirməkdə qərarlı olduqlarını deyən Ərdoğan Münbiç haqqında da xəbərdarlıq edib.

“Onlar Minbic ilə bizim diqqətimizi yayındırmaq istəyirlər. Münbiç 85-90 faiz ərəblərin yaşadığı bir yerdir. Ancaq oranı tamamilə terror təşkilatlarına veriblər. “Oranı onlardan boşaldacağıq” dedilər. Çıxartmadılar. İndi də deyirəm, siz təmizləməsəniz, biz Münbiçə girəcəyik. Mən açıq danışıram. Türkiyə Fəratın şərqindəki terror bataqlığına müdaxilə ilə bağlı kifayət qədər vaxt itirib. Bunun üçün bir günlük gecikməyə belə səbrimiz qalmadı”, - Türkiyə lideri söyləyib.

İraqın şimalında terror hədəflərinə qarşı ötən gün keçirilən əməliyyatın detalları məlum olub. Karacak Dağı bölgəsində əməliyyatda 20-dən çox döyüş təyyarəsi və pilotsuz uçuş aparatı iştirak edib.

Əməliyyatda terrorçulara aid 30-dan çox obyekt məhv edilib. Məlumata görə, Türkiyə sərhədindən 180 km aralıda olan Karacak Dağ bölgəsi ilk dəfə vurulub. Vurulacaq nöqtələr kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə müəyyən edilib və dinc sakinlərin zərər görməməsi üçün yüksək həssaslıq nümayiş etdirilib.

Milli Müdafiə naziri Hulusi Akar əməliyyatı Hava Qüvvələri Hərəkat Mərkəzindən izləyib.

Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar əməliyyatla əlaqədar maraqlı bir məqama diqqət çəkib. O, Türkiyə ordusunun cümhuriyyət tarixində ilk dəfə bu qədər dərinliklərə endiyini deyib. Mütəxəssis dağın Mosul və Kərkük arasında olduğunu qeyd edib.

Bölgədə təhlükəsizliyin təmin edilməsinin yeganə yolu ABŞ və Türkiyənin anlaşmasından keçir. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, mayor Sen Robertson deyib.

Robertson bildirib ki, iki ölkə arasındakı işbirliyi yalnız Türkiyəyə yaxınlaşmaqla və Suriya Ali İşçi Qrupu ilə əməkdaşlığı artırmaqla mümkün ola bilər.

Sərhəd bölgələrində təhlükəsizliyin təmin edilməsi üçün dialoqun zəruri olduğunu qeyd edən Pentaqon sözçüsünün sözlərinə görə, koordinasiya edilməmiş hərbi əməliyyatlar maraqların toqquşmasına gətirib çıxaracaq.

ABŞ Suriyada İŞİD terror təşkilatı üzərində qazanılan qələbələrin davamlılığını təmin etmək üçün daxili təhlükəsizlik gücləri qurulana kimi bu ölkədə qalacaq.

 

Tramp müharibənin başa çatacağı TARİXİ AÇIQLADI

 

Yaxın Şərqdə yeni hərbi ittifaq yaradılır. İttifaq ərəb dövlətlərini İŞİD, həmçinin “İran təhlükəsi”nə qarşı birləşdirə bilər. Onun MESA (Middle East Strategic Alliance) adlanacağı və NATO-nun “ərəb analoqu”nun olacağı gözlənilir.

 

Yeni NATO: ABŞ ərəblərin üzərindən KİMLƏRİ HƏDƏF ALIR?

 

İran bir müddət əvvəl ballistik raketlərinin yeni sınağını keçirdiyini təsdiq edib. Məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə yayıb.

“Biz raket sınaqları keçiririk. Sonuncu test buraxılışımız vacib əhəmiyyət daşıyıb. Hər il İran öz raketlərinin 40-50 buraxılışını gerçəkləşdirir. ABŞ hökumətinin reaksiyası göstərir ki, bu mövzu onlar üçün çox vacibdir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın yeni ballistik raket sınağının Avropa üçün təhdid olduğunu açıqlamışdı.

ABŞ-ın İranda qarşıdurma yaratmaq planı hazırlaması mümkündür. Bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

“Son iki ildə ABŞ İrana münasibətdə təzyiqlərini artırıb. ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda qarşıdurma yaratmağı planlaşdırır”, – deyə o bildirib.

O, Ağ Evin bu ilin əvvəlində İrandakı rejimin öz 40 illiyini görməyəcəyi və 2018-ci ilin yayının çox isti olacağı ilə bağlı yaydığı bəyanata da reaksiya verib:

“Keçən ilin yayı ən sakit zamanlardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiyləyə əl ata bilərlər. Onlar 2018-ci il haqqında deyirdilər, amma qarışıqlığı 2019-da sala bilərlər”.

İsraildə raketlərimizin çata bilməyəcəyi bir yer yoxdur. Bu sözləri Hizbullah qruplaşmasının liderinin yardımçısı Şeyx Naim Qasım deyib.

“Raketlərimiz Təl-Əviv daxil, İsrailin bütün bölgələrinə çatır”, - deyə Qasım bildirib.

O əlavə edib ki, Hizbullahın gücü səbəbindən İsrail 2006-cı ildən bəri Livana müdaxiləyə risk etmir:

İsrail Avropaya təbii qaz nəql edə bilər. Bu barədə ABŞ-ın energetika nazirinin köməkçisi Frensis Fennon deyib.

Avropanın enerji təhlükəsizliyi və Rusiyanın “Şimal axını-2” layihəsinə qarşı mübarizənin müzakirə edildiyi toplantıda danışan F.Fennon Avropanın Rusiya qazı yerinə İsrail qazından istifadə edə biləcəyini bildirib: “Avropaya səfərim əsnasında Şərqi Aralıq dənizinə getdim. Hazırda İsrailin təbii qazını Misir və İordaniyaya daşıyan boru xətti işləməyə başlayıb. Bu qaz potensial olaraq Avropaya nəql oluna bilər”.

Fennon “Şimal Axını-2”nin Avropanın təhlükəsizliyinə təhdid olduğunu dilə gətirib. Buna görə də bütün ölkələri bu layihədən çıxmağa səsləyib. O bildirib ki, “Şimal Axını-2” layihəsi Rusiyanın Avropaya təzyiq göstərməsi üçün bəhanədir.

ABŞ, Qərb, Rusiya-Qərb münasibətləri

Mənə qarşı impiçment elan etsələr, xalq ayağa qalxacaq. Bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Heç bir yanlış etməyən və ölkə tarixinin ən böyük iqtisadiyyatını yaradan şəxsi vəzifədən uzaqlaşdırmaq çətin olacaq. Mən narahat deyiləm. Düşünürəm ki, impiçment olsa, insanlar ayağa qalxacaqlar”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün CNN Trampın narahatlıq keçirdiyi səbəbindən impiçment məsələsini məsləhətçiləri ilə müzakirə etdiyini bildirmişdi.

“Rusiya bu gün Qərb üçün beynəlxalq terrorizmdən daha böyük təhlükədir”. Bu haqda Belçikanın müdafiə əməliyyatları üzrə komandanı Karl Qillis “Paris Match” nəşrinə müsahibəsində bildirib.

 

Rusiya dünyanın super dövləti kimi... - XƏBƏRDARLIQ

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyasından olan üzvlər prezident Donald Trampın impiçmenti haqqında dinləmələrin keçirilməsi məsələsini qoya bilər. Bu haqda Konqresin aşağı palatasının üzvü Cerald Nadler bildirib.

 

Tramp üçün qorxunc ehtimal REALLAŞIR: 2019-cu ilin yanvarında...

 

Rusiya vətəndaşları ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyası və prezident müddətinin başlanğıcı zamanı onun ən azı 14 silahdaşı ilə əlaqədə olublar. Bu haqda “Vaşinqton Post” nəşri iddia edib.

Nəşrin məlumatına görə, onların arasında Rusiya səfiri, baş nazir müavini, ağır atletika idmançısı, vəkil və sovet ordusunun veteranı da olub. Qəzet yazır ki, rusiyalılar Trampın ailə üzvləri, onun dostları və yaxınları ilə daim əlaqə yaradırdılar.

Nəşr iddia edir ki, bəzi rusiyalılar Trampa seçki kampaniyanın keçirilməsində kömək təklif edirdilər, hətta Rusiya prezidenti Vladimir Putinlə görüşün keçirilməsi haqqında təkliflər var idi. Qəzet bildirir ki, çoxları belə aktiv qarşılıqlı münasibətləri son dərəcə qeyri-adi hesab edirdilər.

ABŞ-ın nüvə təhlükəsizliyi üzrə milli idarəsi “W78” istilik-nüvə döyüş başlığının müasirləşdirilməsi proqramını yeniləməyə hazırlaşır. Bu haqda ABŞ-ın Hesablama Palatasının hesabatında deyilir.

Layihə 2014-cü ildə, xüsusi halda, büdcə məhdudiyyətlərinə görə dayandırılmışdı. Ancaq hazırda onun yenilənməsi ABŞ-ın nüvə arsenalının təhlükəsizliyini təmin etmək ehtiyacı ilə izah edilir. Ekspertlərin sözlərinə görə, ABŞ bu yolla hərbi sferada Rusiyanı üstələməyə çalışır.

Qeyd edilir ki, proqramın dəyəri 2019-cu ildən 2041-ci ilə qədər 10-15 milyard dollar təşkil edəcək.

Avropa Birliyinin Rusiya ilə bağlı siyasətinə baxmaq hələ tezdir. Bunu AB xarici işlər nazirlərinin görüşündən öncə jurnalistlərə verdiyi açıqlamada Belçika Xarici İşlər naziri Didye Reynders deyib.

“Hələlik Minsk razılaşmasında inkişaf yoxdur. Ona görə də Rusiya və AB münasibətlərinin dəyişilməsini nəzərdən keçirmək mümkün deyil. Biz həmçinin Azov dənizində gəmilərin sərbəst hərəkəti üçün Rusiyaya əlavə təzyiq imknaları ilə bağlı situasiyanı da analiz etməliyik”, – deyə o bildirib.

Fransa “Sarı jiletlilər”in hökumətə qarşı 25 tələbini özündə əks etdirən manifestini yayımlanıb. Manifest “La Libre Penseur” saytında yerləşdirilib.

Böyük Britaniyanın Baş naziri Tereza Mey Parlamentin İcmalar palatasında Avropa İttifaqının üzvlüyündən çıxmağın şərtlərinə dair səsverməni ləğv edib. Bu haqda “Bloomberg” agentliyi mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, siyasətçinin qərarı “dağıdıcı məğlubiyyət” riskləri ilə izah olunur.

Qeyd edək ki, daha əvvəl Lüksemburqda yerləşən Avropa Ədliyyə Məhkəməsi Böyük Britaniyaya Breksit haqqında fikrini dəyişməyə icazə verib.

“Birləşmiş Krallıq Avropa İttifaqı üzvlüyündən çıxmaq niyyəti barədə birtərəfli bildirişini (29 mart 2017-ci il tarixində Avropa İttifaqı Şurasına göndərilən sənəd – red.) geri götürməkdə sərbəstdir”, - məhkəmənin qətnaməsində deyilirdi.

Britaniya parlamentində səsvermənin dekabrın 11-də keçirilməsi nəzərdə tutulurdu.

Rusiyanın özünün iki strateji raketdaşıyan Tu-160 təyyarələrini Venesuelaya göndərməsi sadəcə dövlət vəsaitinin xərclənməsidir. Bu sözləri öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo paylaşıb.

“Rusiya hökuməti öz bombardmançılarını Venesuelaya göndərib. Rusiya və Venesuela xalqları bu məsələyə belə baxmalıdırlar. İki korrupsiyaya bulaşmış hökumət xalqları əziyyət çəkdiyi bir vaxtda dövlət vəsaitini boşa xərcləyir və azadlığı tapdalayırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın 2 ədəd Tu-160 təyyarəsi ötən gün Venesuelaya göndərilib.

Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyası başçısı Aleksey Puşkov isə cavabında ABŞ-a Əfqanıstan və Yaxın Şərq müharibələrində xərclənən pulları xatırladıb.

ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib. Bu hissədə Yaxın Şərq və Şimali Afrika ilə bağlı proqnozlar yer alıb.

Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.

 






Fikirlər