"Heç kimin pulu ilə narkoman olmayıb" - Cavanşir Məmmədovdan XALQ ARTİSTİNƏ CAVAB

"Heç kimin pulu ilə narkoman olmayıb" - Cavanşir Məmmədovdan Xalq artistinə cavab

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Afdandil İsrafilovun mərhum klarnet ifaçısı Zahid Sabirabadlı haqda dediyi sözlərə münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, müğənni qarmon ifaçısının "Narkotik maddələrdən kim rəhmətə gedirsə, onun yasına getmirəm" sözlərinə əsəbiləşdiyini bildirib. C.Məmmədov "Hər şey daxil" verilişində deyib ki, Zahid narkotikdən dünyasını dəyişməyib:

"Zahid böyük sənətkar olub. Onun kimi sənətkar olmaq üçün 20-30 il onu öyrənməlisən. Aftandil müəllim ağsaqqaldır, gərək elə söz deməzdi. 

Heç kimin pulu ilə narkoman olumayıb. Heç kimin pulu ilə narkotik almayıb. Özü də narkotikdən ölməyib. Ürəyində problem var imiş. Bir həftə xətəxanada yatıb. Sonra gedib xaş yeyib, uşaqlara deyib ki, 1 saat yatım. Yatıb durmayıb. Belə ləkələmək olmaz".






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi