ƏSƏDi Suriya Müharibəsiin QALİBi hesab etmək OLARMI?

Əsəd rejimini qurumsal bir dövlət kimi görmək artıq mümkün deyil. Rejimin mövcud vəziyyəti yalnız Rusiyanın vəkalət döyüşçüsü durumundadır. Siyasi və hərbi gücü tükənmiş bir aparata çevrilmişdir. Digər bir məqam da Əsəd rejimə deyil, rejim Əsədə hakim vəziyyətdədir. Beləliklə, Rusiya əslində Əsəd görüntüsü altında rejimi istifadə edir.
 
Diqqət edərsək, rejim eyni zamanda bir rəhbərlik edən mexanizm olmaqdan çox, məzhəbsəl ideologiyada bir maraq qrupunu ifadə edir. Hazırda rejim içərisində rəhbərlərin ən gənc olanı ən az iyirmi ildir ki, eyni vəzifələrini icra edirlər və bu maraq qrupu özlərindən başqa heç kimə həyat haqqı tanımaq istəmir. Bu səbəblə, rejim üzərindən bütün sosial təbəqələri qucaqlayan yeni bir Suriya dövlət quruluşunun inşa edilməsi mümkün deyil.
Yenə bu səbəbdəndir ki, sözdə PYD/PKK-nın yerləşdiyi ərazilərin rejimə təhvil verilməsinin daha böyük suallara və çözümsüzlüyə yol açacağını söyləmək mümkündür. Bütün bunları düşündükdə, Rusiyanın vəkalət aparatı olan rejim ilə ABŞ-ın Suriyadakı aparatı PYD/PKK-nın Türkiyənin mümkün əməliyyatı ərəfəsində canı dildən işbirliyi yönündə səy göstərməsi çox da dəstəklənəcək və ağlabatan bir vəziyyət deyil. İkisinin də dərdi həyatda qalmaq, varlıqlarını davam etdirə bilməkdir. Bu səbəbdən qarşıdakı dövrdə mövcud Dəməşq rəhbərliyinin demokratik seçkilərlə dəyişməsi və azadlıqsevər, bərabərhüquqlu, demokratik və bütün sosial təbəqələri qucaqlayan yeni konstitusiya əsasında yeni Suriya dövlətinin yaradılması yalnız Suriya üçün deyil, bütün Yaxın Şərq üçün mühüm əhəmiyyət kəsb edir.
 
GÜCLÜ TÜRKİYƏ BİTMİŞ ƏSƏDLƏ GÖRÜŞMƏZ
 
 Bu gün “Ankara mütləq Dəməşq rejimi ilə əlaqə qurmalı, hakim olduğu yerləri Əsədə təslim etməli və Əsədlə danışmalıdır" deyənlər var. Suriya ilə, daha doğrusu Əsəd ilə birbaşa və açıq əlaqələrin başlaması lazım olduğunu deyənlər var. Doğrudanda, Əsəd ilə görüşməyə ehtiyac varmı?
Siyasi, iqtisadi və hərbi gücü tükənmiş, var olmaq üçün Rusiyaya asılı sembiyotik bir əlaqə içində olmaq məcburiyyətində qalan və bunun xaricində başqa bir variantı olmayan Əsəd və rejimini Türkiyə niyə rəsmi olaraq tərəf müqabil kimi qəbul etməlidir..
 İdlibə rejimin müdaxiləsi məgər Türkiyənin təzyiqi ilə Rusiya tərəfindən əngəllənmədimi? Habelə Hələb əməliyyatı. Beləliklə, Suriyadakı rejim olsun, PYD/PKK olsun və hətta IŞİD da daxil, digər terror və radikal ünsürlər olsun, bunları sadəcə bunlar üzərindən oxusanız, yanlış nəticələrə gəlib çıxarsınız. Türkiyə bunlarla deyil, bunları idarə edən və bunlar üzərində fəal olan institusional gücləri tərəf müqabil olaraq qəbul etməli və mübarizəsini təşkilati-siyasi müstəvidə bu ölkələrlə etdirməlidir. Bu da onsuz da beynəlxalq münasibətlərdə rasionallığının bir gərəyidir. Əks təqdirdə, bu cür terror quruluşların bərabər səviyyədə tərəf müqabil kimi qəbul edilməsi çox ağır nəticələr ortaya çıxara bilər. Məsələn, Əsəd və rejimi tərəf müqabil kimi qəbul edildiyində sabah "Afrindən çıxın, oraya PYD/PKK girəcək" desə nə olacaq? Onsuz da keçmişdə Afrini Əsəd və rejimi PYD/PKK-lılara qızıl nimçədə vermədimi? Bu günə qədər rejimin öldürdüyü insanların və doğma yerindən edilmiş milyonlarla Suriyalının vəziyyəti necə olacaq? Buna görə də bu cür fikirlərin son dərəcə təhlükəli və bir az da məqsədli olduğu şübhə doğurmur.
 






Fikirlər

Şərh müəllifi: Absolna                 Tarix: 11 yanvar 2019 13:39                 [ Cavabla ]
I bought a Rolex watch for my friend at this online store.replica omega watches My friend likes it. He claims that this watch is great.fake omega de ville prestige watches Here are the tips for buying replicas, and there are many watches that are famous for replicas of designer brands, and we are sure that it has high quality and appearance.

                        

Şərh müəllifi: bbryan bbryan                 Tarix: 12 yanvar 2019 12:12                 [ Cavabla ]
perfect gucci trainers for sale , combining elegant style and cutting-edge technology, a variety of styles of perfect gucci backpack trainers for sale , the pointer walks between your exclusive taste style.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi