Dilarə məşhurların iç üzünü açdı – "Onun təxəllüsü "Don Karleone"dir" - VİDEO

Dilarə məşhurların iç üzünü açdı – "Onun təxəllüsü "Don Karleone"dir" - VİDEO

 ARB TV-nin “Pəncərə” verilişinin qonağı olan aparıcı Dilarə Əliyeva şou-biznes nümayəndələrinin bilinməyən tərəflərini açıqlayıb.

Publika.az xəbər verir ki, aparıcının suallarına maraqlı cavablar verən Dilarə Əliyeva ad çəkməkdə də çəkinməyib.

D.Əliyeva "Şou-biznesin ən çox pul xərcləyəni, ən simici, ən çox danışanı, ən tənbəli və ən dalaşqanı kimdir” suallarına cavab verib:

"Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdən artıq orada olur. Əli cibində, hörməti üstündə olan adamdır. Onun şou-biznesdə təxəllüsü “Don Karleone”dir”.

Pulunun qədrini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul xərcləmək olar, kimə olmaz. Şou əhli çalışır ki, Vasif Məhərrəmlinin yanında çox danışmasın. Ürəyində söz saxlaya bilmir.

Eyyub Yaqubovun çox gözəl səsi var, amma öz üzərində çox işləməyi sevmir. Ən yatağan isə deyərdim ki, Telli Borçalıdır. Xəngəli yeyib yatır. Yatmağın dərdindən ərə də getmir. Şou-biznesdə sakit, mülayim adam yoxdur. Hər kəsin özünə görə dili də var, dilçəyi də. Aralarında yazıq bala yoxdur.

Aktrisanın “Uyduran, hadisələri şişirdən kimdir” sualına cavabı isə belə olub:

“Hadisələri şişirdən mən özüməm. Birinin üstünə beşini qoyub çatdıran, el-aləmi bir-birinə vuran, yandırıb yaxan – bu Dilarə Əliyevadır. Milçəkdən dəvə düzəltmək mənim yemimdir”.

 






Fikirlər

Şərh müəllifi: replica                 Tarix: 12 yanvar 2019 12:51                 [ Cavabla ]
Ich habe eine Rolex-Uhr für meinen Freund in diesem Online-Shop gekauft.billigste uhren kaufen Meinem Freund gefällt es. Er behauptet, dass diese Uhr großartig ist.Kopieren Omega Master Chronometer Uhren Hier sind die Tipps zum Kauf von Replikaten, und es gibt viele Uhren, die für Repliken von Designermarken berühmt sind.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi