BEYLƏQANDA BAZAR ÜSTÜNDƏ "DAVA"- Xəqani Əhmədov mətbuata YALAN məlumat ÖTÜRÜR?!-İDDİA

Beyləqanda bazar üstündə "dava"-

Beyləqan rayonunda iki sahibkar arasında mübahisəli torpaq üstündə gərginləşən münasibətlər üzündən yaranmış xoşagəlməz situasiya ilə bağlı araşdırmalarımızın növbəti nəticələrini dəyərli oxucularımızın və aidiyyatı orqanların diqqətinə çatdırırıq.

Belə ki,Beyləqan  rayonunda fəaliyyətdə olan bazarın sahibi Xəqani Əhmədov, həmin bazarın yaxınlığında torpaq sahəsi alaraq biznes fəaliyyəti ilə məşğul olmaq istəyən digər sahibkar Vahid Abdullayevə müxtəlif vasitələrlə mane və əngəl yaradır.O, əvvəlcə Heydər Əliyev adına parkın ərazisinin qanunsuz olaraq Vahid Abdullayevə satılması barədə  mətbuata məlumat ötürür ictimai rəyi çaşdırmağa cəhd edir,və ikinci halda  dövlət qurumlarının diqqətini çəkmək istəyir.Vəziyyətlə barışmayan keçmiş icra başçısının oğlu,həmçinin qeyri-qanuni vasitələrə əl ataraq ƏMDK-nin Beyləqan rayonundakı ərazi şöbəsinin müdiri Nazim adlı əməkdaşına qeyri iş günü -04.01.2019-cu il  tarixdə saat 19.00 radələrində  telefon zəngi etdirərək Vahid Abdullayevi idarəyə çağırtdırır. Bununla sahibkara bir növ hədə-qorxu gəlinir, o sıxışdırılır və ona bildirilir ki, məhkəmə qətnaməsi kağız parçasıdır, ərazi yenidən ölçüləcək.

Vahid Abdullayevin guya Heydər Əliyev adına parkın bir hissəsini alması barədə yayılan informasiyalar təsdiqini tapmadı.

Redaksiyaya təqdim olunan rəsmi sənədlərə istinadən qeyd edirik ki, Beyləqan rayon İcra hakimiyyəti başçısının 28 dekabr 2013-cü il tarixli 244 nömrəli sərəncamında Beyləqan şəhər sakini Abdullayev Vahid Cəmil oğluna S.İmrəliyev küçəsi döngə 2A ünvanında yerləşən ərazidən ayrılmış 3440,0 (üç min dörd yüz qırx) kv.metr torpaq sahəsində təsdiq edilmiş layihə əsasında birmərtəbəli qeyri yaşayış binasının tikintisinə icazə verilib.Həmçinin, İcra hakimiyyətinin baş memarı Ə.X.Vəliyev tərəfindən Abdullayev Vahid Cəmil oğluna məxsus qeyri yaşayış yerinin yerləşdiyi ərazinin topoqrafik planı təsdiqlənərək layihələndirilib. Həmin rəsmi sənəddə çəkilən koordinatlarda nəzərdə tutulan ərazinin açıq-aydın Heydər Əliyev adına parkın hüdudlarına heç bir aidiyyatı olmadığı görünür. Eyni zamanda Azərbaycan Respublikasının Əmlak Məsələlri Dövlət Komitəsinə Beyləqan rayon Mənzil İstismar Sahəsinin rəisi T.Sarıyev tərəfindən göndərilmiş məktubda qeyd olunur ki, qeyri yaşayış binasının Abdullayev Vahid Cəmil oğlu tərəfindən özəlləşdirilməsinə etiraz olunmur. Eləcə də ,Beyləqan rayonu İcra Hakimiyyəti başçısı tərəfindən 02 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Əsgər Həsənova ünvanlanan məktubda tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilir. Daha sonra Beyləqan rayonu İcra hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi (mühəndis) R.B.Abbasov tərəfindən sahibkara tikinti quraşdırma işlərinin aparılmasına dair 12 aprel 2016-cı il tarixində  №003 icazə vərəqəsi də təqdim olunub.

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

 Sahibkar Vahid Abdullayev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən №0434573 saylı çıxarış alıb. Göründüyü kimi sahibkar Vahid Abdullayev bütün işlərini müvafiq qanunlar çərçivəsində həyata keçirməsinə baxmayaraq onun adı qanunsuz əməllərdə hallanır.

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

 Dövlətə məxsus torpaqları zəbt edərək, heç bir hüquqi sənədləşmə aparılmadan qanunsuz tikililərə sahiblik edən Xəqani Əhmədovdur kimdi?

Xəqani Əhmədovun "rəhbəri" olduğu bazarın ərazisində apardığımız araşdırmalar zamanı gördüyümüz mənzərə və əldə etdiyimiz məlumatlar müvafiq dövlət qurumlarının bazara müdaxiləsini şərtləndirir. Bazarda hökm sürən antisanitariya hər addımda diqqət çəkir. Burada çalışan insanların narazılıqları isə bitib-tükənmir.  Xəqani Əhmədovun rəhbərliyi ilə insanlardan fantastik məbləğdə vergi adı altında rüsumlar yığılır. Gündəlik çörəkpuluna möhtac olan və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirən vətəndaşlar isə  qanunsuz tələblərin qarşısında diz çökməyə məcbur edilir. 

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

Oğru elə bağırdı ki... Xəqani Əhmədov Beyləqan bazarını hansı qaydalarla idarə edir?! – FOTO, VİDEO, FAKTLAR - İcra başçısının diqqətinə

Beyləqan rayonu İcra Hakimiyyəti hara baxır?

Araşdırmalarımız zamanı o da məlum oldu ki, Xəqani Əhmədova məxsus bazarın böyük bir hissəsinə aid olan torpaq sahəsi zəbt olunaraq çoxlu sayda ticarət obyektləri inşa edilib. Obyektlərin bir qismi vaxtilə Xasay Əhmədovun hökmranlığı dövründə inşa olunsa da, sonrakı başçıların zamanında da o qanunsuz işlərini davam etdirib. Nəticədə bazardakı qanunsuz tikililərin sayı artıb. 

Araşdırmalarımız davam edir…

 (Ade.Az)






Fikirlər