Ramil Usubov Səhlab Bağırova YENİ VƏZİFƏ verdi
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki generalın yerini dəyişib. "AzerTaym.az" unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub. Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb. Xəbəri DİN-dən təsdiqləyiblər.