ELDAR ƏZİZOV məşhur restoranın qanunsuz addımının QARŞISINI ALDI – FOTOLAR

 Eldar Əzizov “Passage-145”ə gedib, oranı bağlatdırdı - FOTOLAR

Bakının ən hərəkətli küçələrindən biri olan “Tarqovı”da fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı meriya araşdırma aparıb.

Paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “PASSAGE 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər. Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

"AzerTaym.az" unikal.org-a istinadən bildirir ki,bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı tapşırıq verib, səkinin zəbt olunduğu yerdə restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bu məlumatı təsdiq edib.  






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi