Trampın MÜSƏLMANLARA QARŞI çıxmasının SƏBƏBLƏRİ...

Trump Muslim ile ilgili görsel sonucu

Ağ Ev rəhbəri islamçı konqresmeni istefaya çağırır, 7 müsəlman ölkəsinə embarqo və sanksiya qoyur, Qüdsü İsrailin paytaxtı elan edir; Sərdar Cəlaloğlu: “Özünü yəhudilərin himayəçisi kimi aparır

ABŞ prezidenti Donald Tramp son vaxtlar antisemitizm mübahisəsi ilə gündəmdə olan Konqresin müsəlman üzvü İlhan Omarı istefaya çağırıb.

Ağ Ev rəhbəri bildirib ki, antisemitizmə ABŞ Konqresində yer yoxdur. İ.Omar haqqındakı antisemitizm iddiaları ilə bağlı twitterdə açıqlama vermişdi.

Amerikalı yəhudilərdən üzr istəyən Omar İsrailin ABŞ-dakı lobbiçilik fəaliyyətinin gözardı edilməməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Trampın isə ona nifrət dolu çağırışı və istefaya dəvəti ABŞ prezidentinin müsəlmanlara qarşı ilk aqressiyası deyil. Hələ hakimiyyətə gəldiyi ilk vaxtlarda Ağ Ev sahibi 7 müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişini qadağan edən qərar imzalamışdı.

Qərara əsasən Suriya, İran, İraq, Liviya, Somali, Yəmən və Sudan vətəndaşlarının ABŞ ərazisinə girişi 90 günlüyünə qadağan olunur, bundan əlavə, ABŞ-a həmin ölkələrdən olan qaçqınların qəbulu 120 günlüyə dayandırılır.

Paralel olaraq, onun İrana iqtisadi sanskiyalar tətbiq etməsi, Avropa dövlətlərini də bu sanksiyalara qoşulmağa çağırış etməsi göstərir ki, Tramp müsəlman dünyasına qarşı münasibətdə heç də əvvəlki prezidentlərdən fərqlənmir.

Buş, Obama ərəb ölkələrinin müharibə, qan, terrorla viran qoyulmasında əsas aparıcı liderlər idisə, Tramp biznesmen olduğu üçün daha çox iqtisadi aspektdən onları sıxışdırmağa, müxtəlif embarqolar qoymağa üstünlük verir.

Maraqlıdır ki, Amerikada əcnəbilər tərəfindən öldürülənlərin heç birinin qatili Trampın ABŞ-a girişlərinə qadağa qoyduğu 7 ölkənin vətəndaşı olmayıb. ABŞ-da ən çox amerikalı öldürən arasında BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin vətəndaşları yoxdur.

Hətta “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçını konsulluqda doğramaqda ittiham olunan Səudiyyə krallığına qarşı belə sərt mövqe nümayiş etdirməyib.

Müsəlmanlara qarşı tutduğu mövqedən fərqli olaraq, Tramp İsrailə sevgi nümayiş etdirir. Çünki onunla ittifaqda olan yevangelist seçicilər nisbətən kiçik, lakin güclü dəstək bazasının mühüm elementini təşkil edirlər.

Yevangelist seçicilər 2016-cı ildə Trampa böyük dəstək veriblər, həm də əvvəlki prezidentliyə namizədlərdən daha yüksək səviyyədə - 81%, yəni hətta yevangelist oğul-Corc Buşdan da çox.

Təsadüfi deyil ki, C.Buşu dəstəkləyən yevangelistlər İraqın işğalını dəstəkləyirdilər. Onların dəstəklədiyi növbəti prezident - Tramp da müsəlman dünyasına acıqlı davranır.

Trampın Qüdsü paytaxt kimi tanıması da, onun yəhudilərə olan sevgisi, müsəlmanlara kinini ortaya qoymuş oldu.

Qüds məsələsi yevangelistlər üçün çox vacibdir, çünki Məbəd Dağında yəhudi-xristian hakimiyyəti bərpa olunmalıdır. Bu həyati vacib məsələdir, çünki onun izahına görə, Vəhy kitabında göstərilən Qiyamət Günü baxımından Məbəd bərpa olunmalıdır.

Axir əz-zamana - canlıların və ölülərin Yer üzündən qurtulacağı, bədənləri və ruhlarının göylərdə qorunub saxlanılacağı və qəzəblərini günahkarlara yönəldəcəkləri günə dair bəsirət fundamental xristian inancıdır.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a antisemitizmin yayğın məsələ olduğunu açıqladı. O, Rəsulzadənin bir fikrini yada saldı: “Rəsulzadə deyirdi ki, paniranizm yaratmaq üçün bizi pantürkizmdə ittiham edilər. İndi antisemitizm ortaya atılıb ki, yəhudilər bunu deyənlərə qarşı mübarizə aparsın. Antisemitizm yəhudilərə qarşı siyasət olub, onları gettolarda saxlayırdılar, təmas imkanı vermirdilər. Əgər müsəlman konqresmen belə addım atmırsa, ona antisemitist adı qoymaq olmaz. Ona görə bütün xalqlar tənqidə açıq olmalıdır”.

ADP sədrinin sözlərinə görə, Amerikada ortadoks yəhudilər İsrailin genişlənməsinin əleyhinə çıxırlar: “Trampın ixtiyarı yoxdur ki, kimisə Konqresdən istefaya çağırsın. Bu, demokratiyaya ziddir. Trampın bu mənada yəhudilərə lobbiçilik eləməsi düzgün deyil. O, iş adamıdır, şəxsi əlaqələri var, özünü yəhudilərin himayəçisi kimi aparır. Təbii ki, heç kəs yəhudiləri sıxışdırmağın tərəfdarı olmamalıdır, yəhudilər də heç bir xalqı sıxışdırmamalıdır. Bu gün İsrail dövləti var, Fələstin yoxdur. Bu, BMT qərarına ziddir. ABŞ hüququn aliliyinə hörmət edirsə, ortaya mövqe qoymalıdır. Təəssüf ki, bu gün beynəlxalq hüquq siyasi iradəyə tabe etdirilib”.  

(“Yeni Müsavat”)

 






Fikirlər