Azərbaycanlıları TƏHQİR edən Əlixanı Moskvada bu HALA SALDILAR...

Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar

Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus “Neolit” kafesinə ötən gün fevralın 14-də onlarla çeçenin basqın etməsinə dair yeni təfərrüatlar üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, basqın edənlər azərbaycanlıları təhqir etdiyi üçün bərk döyülən Əlixan adlı çeçenin qisasını alıblar.

Belə ki, hadisədən əvvəl Əlixan hansısa azərbaycanlını nəzərdə tutaraq ona söyüşlər yağdırması, daha sonra bütün Azərbaycanı və azərbaycanlıları söyməsi barədə səs yazısını internetdə yayıb. Bu səs yazısına görə azərbaycanlılar onu taparaq bərk döyüblər və görüntülərini sosial şəbəkələrdə ("Vkontakte") yayıblar. Həmin görüntülərdə üz-gözü qan içində olan çeçen azərbaycanlılardan üzr istəyir, kadr arxasındakı şəxs ona “daha bərkdən danışmağı” əmr edir. “Mən azərbaycanlıları təhqir edən həmin Əlixanam. Allah xatirinə məni bağışlayın”-bu şəxs bildirir.

Lakin təhqirə görə başlayan münaqişədə çeçenlərin qisası daha amansız olub və xəbər verildiyi kimi onlar dəstə halında “Neolit” kafesinə basqın edərək kafenin sahibi Yaşar Əliyev də daxil olmaqla ona yaxın adamı şil-küt ediblər. Basqın zamanı travmatik silahlardan və bıçaqlardan istifadə olunub. Yaralılardan birinin öldüyü bildirilir, lakin ölən şəxsin çeçen, yoxsa azərbaycanlı olduğu məlum deyil. Moskvada azərbaycanlılarla çeçenlər arasında milli zəmində baş vermiş bu münaqişə sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

 

 






Fikirlər