"VƏTƏNDAŞ MƏSULİYYƏTİ artırılmalıdır"- Professordan AÇIQLAMA

 

Azərbaycanda apteklərin KORONAVİRUS SABOTAJI: “Ölkədə karantin ...

Ölkəmizdə koronavirus epidemiyasına görə artıq bir müdətdir ki, karantin tədbirləri davam edir. Ötən gün respublikamızda COVİD-19 infeksiyasına yoluxma halında artım dinamikası müşahidə edilib. Yəni 67 nəfər aktiv koronavirus infeksiyasına yoluxub, 28 nəfər isə müalicə olunaraq evə buraxılıb. Qeyd edək ki, bu artım dinamikası ondan bir gün əvvəlki statistikada ölkə üzrə 76 nəfər təşkil edib.
Qeyd olunan artım bir neçə gündür ki, karantin rejiminin yumşaldılması tədbirləri çərçivəsində iaşə obyektlərinin yenidən açılmasından sonra baş verib. Bir neçə gündür fəaliyyətini bərpa edən sosial müəssisələr və ticarət obyektləri infeksiyanın sürətləndirməsində nə kimi rol oynayır? İnsan təması baxımından müəsissələrin yenidən bağlanması və karantinin sərtləşdirilməsinə yenidən ehtiyac varmı?
"AzerTaym.az" bildirir ki,bununla bağlı Sonxeber.az-a danışan tibb eksperti, professor Adil Qeybulla koronavirus hadisələrinin gedişatında karantinin sərtləşdirilməsinə ehtiyac olmadığını bildirib:
"Karantinin yenidən sərtləşdirilməsinə ehtiyac yoxdur. Əslində insanlar vətəndaş məsuliyyəti hiss etməli, karantin şərtlərini gözləməlidirlər. Hamı ağzı açıq, bir- biriləri ilə yaxın təmasdadır. Fəaliyyətinə icazə verilən ticari obyektlərdə pandemiydan müdafiə üçün heç bir şərt gözlənilmir, satıcılar ağzı açıq formada fəaliyyət göstərir.
Düşünürəm ki, bu məsələlər həll olunmalıdır. Karantin müddəti nə qədər qala bilər? Bu çox ola bilməz, qarşıdan yay gəlir. Təbii ki, onların fəaliyyəti ilə bağlı təlimatlar hazırlanmalı idi. Bu təlimatlar olmayıb deyə yenidən koronavirus infeksiyasının sayında artımı müşahidə edilib. Amerikada ən çox yoluxmalar liftlərdən keçir. Qeyd edim ki, ümumilikdə karantin müddəti uzadıla bilər amma karantinin şərtləri sərtləşdirilməməlidir".
Adil Qeybulla mövcud infeksiyanın növbəti artımını nəzərə alaraq karantin dövründə lazım gələrsə, şərtlərin sərtləşdirilməsinin zəruri olduğunu açıqlayıb:
"Karantinin hazırkı qaydalarında insanların davranış qaydaları hələlik müəyyən olunmayıb. İnsanlar bu situasiyanı "iqnor" edir, virusu nəzərə almır və bəziləri heç virusun olmasına inanmırlar. Belə olan halda dövlət davranış qaydalarını sərtləşdirməlidir və elə insanlara qarşı lazım gələrsə cəza tədbirləri görülməlidir".






Fikirlər