Daha 3 ölkə koronavirusdan QURTULDU

Dünyanın daha 3 ölkəsində koronavirus (COVID-19) xəstəsi qalmayıb.

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, Mavriki Respublikasında infeksiyaya yoluxan 332 nəfərdən 10-u vəfat edib, 322 nəfər isə sağalıb.

 Bundan başqa, Qərbi Saxara və ada dövləti Sen-Pyer və Mikelonda da COVID-19 xəstələri sağalaraq evə buraxılıb.

 Beləliklə, Ümumdünya Səhiyyə Təşkilatı Mavriki, Qərbi Saxara və Sen-Pyer və Mikelonu da koronaviruslu ölkələr siyahısında sıfır göstərici ilə işarələyib.

 Xatırladaq ki, bundan öncə Qrelandiya, Sent-Bartelemi, Folklend Adaları, Anguilla, Surinam, Papua-Yeni Qvineya, Beliz, Yeni Kaledoniya və Farer Adalarında koronaviruslu xəstə qalmayıb.






Fikirlər