Nərgiz Cəlilovaya yeni vəzifə VERİLDİ

Azərbaycanın əməkdar artisti, tanınmış aparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yeni vəzifənin icrasına başlayıb. 

HİT.Az xəbər verir ki, News24.az-ın məlumatına görə, Nərgiz xanım AzTV-də Aparıcı qrupunun bədii rəhbəri vəzifəsində çalışacaq.

O da bildirilib ki, artıq Nərgiz Cəlilova qeyd olunan vəzifədə işinin başındadır. Yaxın günlərdə Nərgiz xanımın bu vəzifəyə təyinatı gözlənilir. 

Qeyd edək ki, son ilə qədər AzTv-də Aparıcı qrupun bədii rəhbəri Azərbaycanın xalq artisti, mərhum diktor Rafiq Hüseynov olub. Mərhum Rafiq Hüseynovdan sonra bu vəzifə məhz Nərgizə Cəlilovaya həvalə olunacaq.






Fikirlər