“İlhamə Quliyeva şeytana qulluq edirdi” – Brilliantdan QALMAQALLI SÖZLƏR

“İlhamə Quliyeva şeytana qulluq edirdi” – Brilliantdan qalmaqallı sözlər

Xalq artisti Brilliant Dadaşova mərhum Xalq artisti İlhamə Quliyeva haqqında sərt ittihamlar səsləndirib.

Yenisabah.az xəbər verir ki, izləyicisinin rəyinə cavab verən B.Dadaşova sənətçinin vaxtilə Flora Kərimova haqda yalanlar dediyini açıqlayıb: “Allahdan ona oxşamağı diləməyin. Allaha and olsun ki, o çox yalan, şər, böhtan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb. Deyirdi ki, o qarnına yastıq qoydu, qızını o doğmayıb. Flora xanımın qızı öz kopyası olmasaydı, mən az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki... Mən də uşaq idim, ağlıma gəlməzdi ki, bir insan bu qədər şeytana qulluq edə bilər. Bu söhbəti heç vaxt Floraya danışmamışam”.

Bunu görən Flora Kərimova B.Dadaşovaya dəstək olub: “Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiniz, nə də sonuncu! İndi söz düşüb bəzilərinin dilinə -“sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Bəzən nəzərdən qaçırırlar ki, görünmək olmaq demək deyil! Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardınız”.

“İlhamə Quliyeva şeytana qulluq edirdi” – Brilliantdan qalmaqallı sözlər  






Fikirlər