Azərbaycanlı şair koronavirusa QALİB GƏLDİ..

Azərbaycanlı şair koronavirusa QALİB GƏLDİ

"Dünənki təkrar müayinədən sonra "Yeni Klinika” tibb müəssisəsinin direktoru Dr. Pərviz Abbasov tərəfindən səhhətim asimptomatik dəyərləndirildi və ambulator müşahidəyə göndərildim. Bu gündən etibarən ev şəraitində özümü bir müddət izolyasiya etməliyəm".

Publika.az xəbər verir ki, bunu koronavirusa yoluxmuş şair Şəhriyar Del Gerani deyib.

O bildirib ki, hazırda Bakıda yaşadığı evindədir:

"Özümü sağlam və yaxşı hiss edirəm. Mənə görə narahat olan, nigaran qalan bütün oxuculara, dost-doğma adamlara Eşqlər! Mənəvi dəstəyiniz, dualarınız əvəzsizdir. Allah hər zaman sizinlə olsun. COVID-19-la mübarizədən qalib ayrıldım. Amma dünyada və doğma məmləkətimizdə bu görünməz düşmənlə mübarizə davam edir. Bütün düşünən insanlar kimi mən də özümü bu mübarizənin əsgəri hesab edir və bütün müstəvilərdə bu möhtəşəm xalqa xidmət etməyi özümə şərəf bilirəm. Allah bütün xəstələrimizə şəfa versin, mübarək diyarımız Azərbaycan bu amansız sınaqdan üzüağ, minimum itkiylə çıxsın. Hamıya sağlam və səadətli ömür diləyirəm. Özünüzə yaxşı baxın".






Fikirlər