“Bayraq sizin cehizlik xalatınız deyil“ - Xatundan ETİRAZ

“Bayraq sizin cehizlik xalatınız deyil“ - Xatundan ETİRAZ

Müğənni Xatun Əliyeva Azərbaycan bayrağından paltar geyinərək efirə çıxan həmkarını sərt tənqid edib.

  "AzerTaym.az" bildirir ki, həmin müğənninin fotosunu paylaşan Xatun onun ünvanına tənqidlər yağdırıb:

"Durun, rədd olun. Bayrağa toxunmağa çəkinirik. Biz şəhidləri bayrağa bükürük. Bunlar isə əyinlərinə geyinirlər. Bayraqla bağlı qərar qəbul olunmalıdır ki, belə paltar geyinmək olmaz. Bayraq sizin cehizlik xalatınız deyil!"

Qeyd edək ki, Xatun bir neçə gün öncə bayraqdan paltar geyinən həmkarı Mənzurəni də tənqid atəşinə tutmuşdu.  /Yenisabah.az

 

“Bayraq sizin cehizlik xalatınız deyil“ - Xatundan ETİRAZ






Fikirlər