“Türkiyə Qarabağdakı mübarizədə Aİ ölkələrindən dəstək almadı” - ƏRDOĞAN

Türkiyə Dağlıq Qarabağda apardığı mübarizədə Aİ ölkələrindən dəstək almadı” - Ərdoğan » Mediatv.az informasiya portalı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nu ölkəyə terrorizmlə mübarizədə lazımi yardım göstərməməkdə ittiham edib.

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan bu barədə Avropa İttifaqı ölkələrinin Türkiyədəki səfirləri ilə keçirilən iclasda bildirib.

“AB və NATO təhlükəsizliyi şərq sərhədlərimizdə başlayır. NATO içərisində terrorizmə qarşı mübarizədə heç vaxt əməkdaşlıqdan imtina etmədik. NATO ölkələri niyə bizi terrorizmə qarşı mübarizədə tək qoyur? Türkiyə xaricində kim İslam Dövləti ilə mübarizə aparır?”,- deyə Ərdoğan qeyd edib.

O, ABŞ-ı PKK terror təşkilatı ilə əlaqəli olan YPG silahlı dəstələrinə hərbi yardım göstərməkdə təqsirləndirib.

“Minlərlə silah və nəqliyyat vasitəsi olan yük maşınları terror qruplarına göndərilib. Bütün bunları istifadə edərək bizə qarşı müharibə başladıblar. Biz NATO üzvü bir ölkə olaraq onlarla mübarizə aparırıq və mübarizə aparacağıq”,- deyə Ərdoğan sözlərinə əlavə edib.

Bununla yanaşı Ərdoğan, Türkiyənin məsul sayıldığı Liviya və Dağlıq Qarabağ kimi məsələlərin heç birinin Türkiyənin Aİ və üzv dövlətlərlə əlaqələrinin mahiyyətindən asılı olmadığını, bu mübarizədə Aİ ölkələrindən dəstək almadığını ifadə edib.

Ərdoğan Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi Dağlıq Qarabağ münaqişəsinin Türkiyənin dəstəyi ilə 44 gündə həll olduğunu da xatırladıb.






Fikirlər