“Qaloşumu geydilər, amma yerişimi yeriyə bilmədilər” - Qazi jurnalist onları İTTİHAM ETDİ...

“Qaloşumu geydilər, amma yerişimi yeriyə bilmədilər” - Qazi jurnalist onları ittiham etdi

"2002-ci ildə ilk dəfə Azərbaycan jurnalistləri  üçün  böyük imkanlar açmalı olacaq “Vahid Press Kart” layihəsini mən hazırlamışdım. Bu kartın başqa jurnalist kartlarından  fərqli olaraq onun sahibinə verəcəyi sosial-hüquqi və sair üstünlükləri nəzərə alınmaqla, layihəmin xeyli aktuallığını professorlar Nəsiman Yaqublu, Qulu Məhərrəmli, mediamızın böyük nəzəriyyəçisi Zeynal Məmmədli, Azər Həsrət, aktiv  jurnalist təşkilatlarının rəhbərləri  Arif Əliyev, Əflatun Amaşov və digərləri də layihənin vacibliyini  imzalamışdılar".

"AzerTaym.az" bildirir ki, bu barədə Qazi Jurnalistlər Assosiyasiyasının sədri Tahir Paşa bildirib.

Onun sözlərinə görə, sözügedən layihə “Avrasiya” Fondu tərəfindən də bəyəniləndən sonra Əflatun Amaşov və Arif Əliyev iclas keçirib bəyan ediblər ki, bu layihəni  onlar reallaşdıracaqlar:

"3-4 nəfərlik yığcam tərkibdə keçirilən müzakirədə anladım ki, onlar bu kartın üstünlüklərinin nədən ibarət olduğunu bilmirlər. İmkan da vermədilər ki, mən “Vahid Press Kartın” üstünlüklərini, vacibliyini, bütün sirrini və əsas gərəkliyini anladım. Mən də bunu haqsızlıq kimi qəbul edib müzakirəni tərk etdim. O gündən bu günə qədər layihə qaldı “ortalıqda”. Yəni “Qaloşumu geydilər, amma yerişimi yeriyə bilmədilər”. Jurnalistikamız isə “Vahid Press Kartsız” qaldı. Mən Ələsgər Məmmədlinin narahatlığını anlayıram. Bütün jurnalistlərin, medya qurumları və təşkilatların Press Kartı olmalıdır. Lakin "Vahid Press Kart" başqalarından fərqli statusa malik olacaqdı".






Fikirlər