MƏXFİ saxlanılan “hərtərəfli müqavilə”: – Türkiyənin Azərbaycanda hərbi bazası ola bilər...

Məxfi saxlanılan “hərtərəfli müqavilə”: – Türkiyənin Azərbaycanda hərbi bazası ola bilər...

Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın səfərinə görə artıq Şuşada hazırlıq işləri yekunlaşıb. Yerli media yazır ki, şəhər Türkiyə və Azərbaycan bayraqlarıyla bəzədilib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı BBC yayıb. Xəbərdə bildirilir ki, Recep Tayyip Erdoğan bir neçə gün öncə azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada "iri miqyaslı" müqavilə imzalayacaqlarını bildirib.

Müqavilənin təfərrüatları hələ ki, açıqlanmayıb, amma azərbaycanlı təhlilçilər bunun həm iqtisadi, həm də siyasi məsələləri əhatə edən razılaşma olacağını düşünür.

Bəzi iddialara görə, imzalanacaq müqavilələr arasında Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması barədə saziş də ola bilər.






Fikirlər