Zəngəzur dəhlizi gələn mayda açıla bilər.. - 3 mərhələli barışıq planı, Bakı projenin mərkəzində

Ermənistanın xaricdəki ənənəvi dostları belə, İrəvanın şikayətlərindən bezib; Naxçıvana dəhliz İrandan da keçə bilər, əgər...; Stratfor: “Türkiyə-Ermənistan sərhədləri açılsa...”

Yeni təqvim ilindən bizi iki həftə ayırır. Təəssüf ki, 2021 Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, iki xalqın barışığı yönündə dönüş ili kimi yadda qala bilmədi. İlin sonunda bir neçə mühüm görüş reallaşsa da, dəmir yolunun açılması barədə ikitərəfli anlaşma əldə olunsa da, bütövlükdə Bakı və İrəvan arasında sülh müqaviləsinə doğru praktik addımlar atılmadı. Bu da müstəsna olaraq, Ermənistanın vaxtı süni şəkildə uzatmaq, öz üzərinə götürdüyü yazılı öhdəliklərdən yayınmaq cəhdləri ilə bağlı oldu.     

Lakin ilsonu rəsmi İrəvan birdən-birə bir neçə paytaxtdan - Bakıdan, Moskvadan, Ankaradan və hətta Brüsseldən ciddi siqnallar aldı ki, bu da qarşıdakı təqvim ilində Nikol Paşinyan hökumətinin 2021-ci ildəki kimi artıq özünü məsuliyyətsiz apara bilməyəcəyinə dəlalət edir. Çünki artıq Ermənistanın ənənəvi dostları belə, onun əsassız şikayətlərindən bezib.   

Başqa sözlə, Paşinyan hökuməti artıq ona ayrılan zaman limitinin bitdiyinin fərqində olmalı, Soçi və Brüsseldə verilən son təlimatları, Bakı və Ankaradan gələn axırıncı mesajları düzgün oxumalıdır.

Paşinyan Avropaya niyə gedib?

Düzdür, Paşinyan Avropadan qayıtdıqdan sonra bəzi pozitiv açıqlamalar verib. O sırada Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılması yönündə, nəhayət, İrəvanın öz üzərinə düşən işləri vaxtında görməyin vacibliyini vurğulayıb. Lakin bunlar hələlik quru sözlərdir. Real iş isə Zəngəzur dəhlizi və Türkiyə ilə sərhədlərin açılması ilə bağlı addımlar atılanda, konstruktivlik göstəriləndə bilinəcək...     

*****

Məlumdur ki, artıq qardaş ölkə sərhədlərin açılmasına hazır olduğunu bəyan edib - təbii ki, rəsmi Bakı ilə koordinasiyalı şəkildə. Həmçinin Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç Ermənistanla münasibətlərin qaydaya salınması üzrə xüsusi nümayəndə təyin edilib, İstanbul-İrəvan-İstanbul çarter reyslərinin açılacağının anonsu verilib.

Zəngəzur dəhlizi Azərbaycanı region ölkələri arasında daha sürətlə irəli çıxaracaq - şərh

Gözlənildiyi kimi, ABŞ hökuməti rəsmi Ankaranın bu qərarını dərhal alqışlayıb. Dövlət katibi Entoni Blinken bununla bağlı xüsusi bəyanatla çıxış edib.  

“Bu addım (sərhədlərin açılması - red.) Türkiyə və Qərb arasında, xüsusən də Ankara ilə Vaşinqton arasında münasibətlərin yaxşılaşmasına kömək edə bilər. Çünki ABŞ hökuməti Türkiyəni illərdir Ermənistanla münasibətləri normallaşdırmağa çağırır. Türkiyə hökumətinin ABŞ və Avropa İttifaqı kimi qüdrətli tərəfdaşların maliyyə və siyasi dəstəyə ehtiyacı var. Onlar Türkiyənin həlledici döyüş teatrında Rusiyaya qarşı mübarizə üçün hərəkətlərini qiymətləndirəcəklər”.

Entoni Blinken ABŞ dövlət katibi oldu - Sahar Azeri

Sonuncu sitat isə ABŞ-dakı tanınmış Stratfor “beyin mərkəzi”nin təhlilindəndir. 

Qalır rəsmi İrəvan tərəfindən də qarşılıqlı addımların atılması. Münasibətlərin normallaşması isə blokada rejimində olan Ermənistana daha çox lazımdır. Bu xüsusda bəzi digər gəlişmələr diqqət çəkir.

*****

“Türkiyə və Ermənistan ikitərəfli münasibətlər qurmaq üçün ilk addımları gələn il yanvarın 20-nə qədər atacaqlar”.

Bu haqda “Habertürk” qəzeti yazıb. Belə ki, nəşrə görə, Ankarada Ermənistanla münasibətlərin qurulması məsələləri ilə məşğul olacaq işçi qrupu 2022-ci il yanvarın 20-nə qədər formalaşacaq.

Ermənistanın Avropaya açılan pəncərəsi - Ankara ilə İrəvan diplomatik danışıqlar MƏRHƏLƏSİNDƏ - Modern.Az Azərbaycan və dünya xəbərləri

“İki ölkə arasında sağlam münasibətlər qurmaq üçün tərəflər 2022-ci ilin may ayına qədər 3 mərhələli yol xəritəsi işləyib hazırlayacaq. İrəvan yanvarın 20-dən etibarən irəli getməyi istəyir. Müşahidələrə görə, Ankara da bu məsələyə müsbət yanaşır. İndi, əgər hər şey yolunda getsə, ilk növbədə çarter reysləri başlayacaq. Azərbaycan-Türkiyə-Naxçıvan dəhlizinin açılması da danışıqlar masasının əsas gündəmini təşkil edir. Ankara bu dəhlizin təxminən may-iyun aylarında açılmasını istəyir. Üçüncü mərhələ isə iqtisadi münasibətlərdir. Bu məsələdə hadisələrin iyul ayından başlayaraq inkişaf edəcəyi gözlənilir”, - qəzet yazıb.

Ermənistanın özündə isə deyəsən yavaş-yavaş da olsa, praqmatizmi üstün tutanların səsi gəlməyə başlayıb. Məsələn, “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Manukyan hesab edir ki, Ermənistan və Azərbaycan özləri həll mexanizmlərini taparaq istifadə etməlidirlər: “Xarici oyunçular buna yalnız dəstək ola bilərlər”.

Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşlərini şərh edən Manukyan bildirib ki, bu, noyabrın 26-da Soçi görüşünün məntiqi davamı olub: “Beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır. Sülh təşəbbüslərinə dəstək var, yalnız tərəflərin ümumi dil tapması lazımdır. Bu bizim vəzifəmizdir. Biz özümüz buna nail olmalıyıq”.

Erməni siyasətçi əmindir ki, heç bir kənar oyunçu belə ciddi məsuliyyəti öz üzərinə götürməyəcək və tərəflərə hər hansı hazır “reseptlər”, təkliflər verməyəcək. Çünki növbəti eskalasiya baş verərsə, hamı məhz həmin moderatorları günahlandıracaq...

*****

Zəngəzur dəhlizi: Azərbaycan və Ermənistan kommunikasiyaların bərpasında niyə razılığa gələ bilmirlər? - BBC News Azərbaycanca

Bu arada teleqram-kanallardan biri Zəngəzur dəhlizi ilə bağlı maraqlı iddia irəli sürüb. “Yeni Müsavat”ın Caliber.az-a istinadən verdiyi xəbərə görə, məlumatda deyilir ki, Azərbaycan və İran arasında Zəngəzur dəhlizinin o tayında (əslində Güney Azərbaycanda - red.), Araz çayı boyunca 4 körpünün (dəmir yolu və avtomobil yolu) tikintisinin mümkünlüyü barədə ilkin razılıq əldə olunub.

“Ermənistan Zəngəzur dəhlizinin giriş-çıxışında heç bir post olmadan öz ərazisindən maneəsiz keçidə müqavimət göstərməkdə davam edərsə, o zaman bu layihə dəfn ediləcək və Laçın dəhlizində Azərbaycanın sərhəd-keçid məntəqələri peyda olacaq (Laçın yolu öz dəhliz mahiyyətini itirəcək). Bakı isə İrəvanın iddia etdiyi eyni tranzit haqqını İrana  ödəməyə başlayacaq”, - mənbə bildirir.

Xəbərə əsasən, rəsmi Tehran Bakı ilə bu razılaşmanı alqışlayıb. O da vurğulanır ki, artıq bu variant erməni tərəfinin diqqətinə çatdırılıb. Demək, İrəvan 2022-ci illə bağlı son dəfə, ciddi götür-qoy edib yeganə doğru olan qərarını verməlidir. Paşinyan hökumətinin vaxtı faktiki qalmayıb...  \“Yeni Müsavat”

 
 






Fikirlər