ƏSGƏROVLARIN LONDONDAKI BİZNESLƏRİ İLƏ BAĞLI YENİ İDDİALAR - Sənədlər yayıldı + FOTO
AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. AzerTaym.az bildirir ki, vu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. Onun iddiasına görə, 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan "Gazelli House Limited” şirkəti adını dəyişib. C.Həsənlinin sözlərinə görə, 2019-cu ildə SOROKA LIMITED adı ilə qeydiyyatdan keçmiş şirkət isə bundan sonra GAZELLI INTERNATIONAL LIMITED adı ilə fəaliyyətini davam etdirəcək: "Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da "Gazelli House Limited”in adı "Mrcr Art Limited” olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova Mrcr Art Limited” adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə "Gazelli House Limited” (!) olaraq dəyişdirilib”. Jurnalist şirkətlərin adının dəyişməsini Cahangir Əsgərovun iz itirmək cəhdi kimi dəyərləndirib. Qeyd olunan iddialarla bağlı Əsgərovların da mövqeyini içıqlandırmağa hazırıq.