"TRAMP AĞIL TUTULMASI YAŞAYIR" - Hakan Fidandan SƏRT açıqlama...

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın Qəzzanı nəzarətə götürmək planına sərt reaksiya verərək, bunu "ağıl tutulması" adlandırıb.

 "Əl Cəzirə" nəşrinə müsahibə verən Fidan, Türkiyənin bu planı qəbul etməyəcəyini vurğulayıb.

"Bu planı dünyada yəqin ki, yalnız iki ölkə dəstəkləyər - Amerika və İsrail. Qalan bütün dünya isə buna qarşıdır", - deyə o, bildirib.

Qəzzədə atəşkəsin bitməsi və İsrailin hücumlarını davam etdirməsi ehtimalına dair suala cavabında, Fidan bunun "yaxşı nəticələr verməyəcəyini" bildirib. O, xüsusilə Misir, İordaniya və Körfəz ölkələrinin İsrailə qarşı konkret mövqe sərgiləməli olduğunu vurğulayıb. Fidan ərəb ölkələrinin Qəzzanın yenidən qurulması, idarə olunması və təhlükəsizlik məsələləri ilə bağlı yeni bir plan üzərində çalışdıqlarını bildirib.

Ad - 00:23

 

O, həmçinin, İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin İsrailin təhlükəsizliyini iki dövlətli həll modelində deyil, əksinə, bölgədə genişlənmə siyasəti aparmaqda gördüyünü bildirib.

 

Fidan, İsrailin təkcə Fələstini dövlət kimi tanımaqda imtina etmədiyini, eyni zamanda Fələstin torpaqlarını ilhaq etdiyini və bundan əlavə, Livan və Suriyanı işğal etməyi planlaşdırdığını qeyd edib.

"Siz bunu sonsuza qədər edə bilməzsiniz. İndi ABŞ sizə bu səhv siyasətdə dəstək verir, amma bu, davamlı bir siyasət deyil. Bunun əvzəinə iki dövlətli həll yolu ilə həm özünüzü təhlükəsiz hiss edərsiniz, həm də bölgədə sabitlik yaranar. Ərəb ölkələri və Türkiyə buna hazırdır. Belə işğal və nəzarət altına alma siyasətləri çox təhlükəli nəticələr doğurur", -deyə nazir vurğulayıb. /"AzPolitika"






Fikirlər